Bu gün sizə "Elə indi bu dəqiqə incəsənətlə məşğul olaq!" çağırışı haqda danışacam. Adətən bu mövzuda danışmağa başlayanda insanlar təşvişə düşür, bu ideyaya qarşı çıxırlar. "İncəsənətlə qarın doymur, işimin bu qədər çox vaxtında nə incəsənət? Məktəbə də gedirəm axı, hələ iş də tapmalıyam. İşim çoxdur, axı uşaqları kursa da yazdırmaq lazımdı. Görüləsi bu qədər işin arasında elə bir incəsənətlə məşğul olmağım çatışmır." deyə fikirləşirlər. İncəsənətlə məşğul olamamaq üçün o dəqiqə yüzlərlə bəhanə uydururuq. Sizə də elə gəlmir?
The theme of my talk today is, "Be an artist, right now." Most people, when this subject is brought up, get tense and resist it: "Art doesn't feed me, and right now I'm busy. I have to go to school, get a job, send my kids to lessons ... " You think, "I'm too busy. I don't have time for art." There are hundreds of reasons why we can't be artists right now. Don't they just pop into your head?
İncəsənətlə məşğul olmamaq üçün çoxlu səbəblər tapırıq, niyə məşğul olmalı olduğumuzdan isə əmin deyilik. İncəsənətlə məşğul olmamaq üçün bəhanələrimiz həddindən artıq çox, olmaq səbəbimiz isə yoxdur. Görəsən nəyə görə heç kəs artist olmaq haqda danışmaq istəmir? Bəlkə də bu insanların çoxu artist olmaq üçün xüsusi istedada malik olmağın, yaxud xüsusi təhsilin lazım olduğunu düşündüyünə görədir. Burada əyləşən insanların çoxu da, artist olmaq üçün yaşlarının keçdiyini düşünə bilərlər. Çox adam bu cür düşünsə də, mən bu fikirlərlərlə razılaşmıram. Və niyə razılaşmadığım haqda danışmaq istəyirəm. Birincisi, biz hamımız sənətçi olaraq dünyaya gəlirik.
There are so many reasons why we can't be, indeed, we're not sure why we should be. We don't know why we should be artists, but we have many reasons why we can't be. Why do people instantly resist the idea of associating themselves with art? Perhaps you think art is for the greatly gifted or for the thoroughly and professionally trained. And some of you may think you've strayed too far from art. Well you might have, but I don't think so. This is the theme of my talk today. We are all born artists.
Yəqin ki evdə uşağı olanlar bilər. Uşaqların bütün hərəkətləri incəsənətdir. Divara rəngli karandaşla şəkil çəkmək, televizorda musiqi səslənən kimi özlərinin kəşf etdiyi rəqsləri ifa etmək kimi hərəkətlərin hamısı. Qəribə rəqs və mahnıları ilə hamını bezdirirlər. Ancaq öz uşağı olduğuna görə "artistliklərinə" dözən ev sakinləri də tez-tez uşaqların yorucu olduğundan şikayətlənirlər.
If you have kids, you know what I mean. Almost everything kids do is art. They draw with crayons on the wall. They dance to Son Dam Bi's dance on TV, but you can't even call it Son Dam Bi's dance -- it becomes the kids' own dance. So they dance a strange dance and inflict their singing on everyone. Perhaps their art is something only their parents can bear, and because they practice such art all day long, people honestly get a little tired around kids.
Evin içində öz-özlərinə oynamaqlarını da incəsənət sahəsi - mono-tamaşa adlandırmaq olar. Bəzi uşaqlar da azca böyüyən kimi yalan danışmağa başlayırlar. Analar xüsusilə uşaqlarının ilk yalan danışdığı anı yaxşı xatırlayır, elə də xoş qarşılamırlar. "Axır ki uşağın əsl üzünü gördük, hə!" "Atan kimi yalan danışa-danışa axırın necə olacaq?" Deyinərək, uşaqları tənbeh edirlər.
Kids will sometimes perform monodramas -- playing house is indeed a monodrama or a play. And some kids, when they get a bit older, start to lie. Usually parents remember the very first time their kid lies. They're shocked. "Now you're showing your true colors," Mom says. She thinks, "Why does he take after his dad?" She questions him, "What kind of a person are you going to be?"
Əslində isə uşaqların yalan danışmağa başlaması bədii ədəbiyyata başlaması deməkdir. (Gülüş) Bu, gözlə görə bilmədikləri şeylər haqda danışmaqlarıdır. Qeyri-adi, bir o qədər də sevindirici haldır. Valideyinlər həmin anı bayram etməlidirlər. (Gülüş) (Alqış) "Bizim uşaq da axır ki yalan danışmağa başladı!" - deyib bayram etməlidirlər. Misal üçün uşaqları "Ana, bugün bağçadan evə gələndə yadplanetli gördüm!" deyəndə analar, "Boş-boş danışma." deyib tənbeh edirlər. Ancaq ideal valideyn belə cavab verməlidir: "Hə? Yadplanetli? Nəyə oxşuyurdu? Sənə nəsə dedi? Harda gördün?" "Mağazanın qabağında?"
But you shouldn't worry. The moment kids start to lie is the moment storytelling begins. They are talking about things they didn't see. It's amazing. It's a wonderful moment. Parents should celebrate. "Hurray! My boy finally started to lie!" All right! It calls for celebration. For example, a kid says, "Mom, guess what? I met an alien on my way home." Then a typical mom responds, "Stop that nonsense." Now, an ideal parent is someone who responds like this: "Really? An alien, huh? What did it look like? Did it say anything? Where did you meet it?" "Um, in front of the supermarket."
Uşaqlarla belə söhbət etməyə davam edəndə uşaqlar əvvəl elə-belə dedikləri yalanın davamını gətirməyə məcbur olurlar. Beləcə söhbət uzanıb hekayəyə çevrilir. Bir az primitiv hekayə olsa da, bir cümləni əsas götürüb başqa cümlə yaratmaq, bütün əsl yazıçıların da yazı üsuludur. Mahiyyətcə hər ikisi eyni işdir. Rolan Bart bir dəfə Floberin romanı haqda belə bir fikir bildirib: "Flober əsər yazmayıb, sadəcə bir cümləni digərinin ardına düzüb. Floberin əsərinin məğzi isə həmin cümlələr arasındakı Erosdur." Və düz də deyib. Ədəbi əsər - birinci cümləni yazıb, o cümləyə zidd olmayan digər cümlələri yazmaqdır. Bu üsulla davam edərək bədii əsər yaranır.
When you have a conversation like this, the kid has to come up with the next thing to say to be responsible for what he started. Soon, a story develops. Of course this is an infantile story, but thinking up one sentence after the next is the same thing a professional writer like me does. In essence, they are not different. Roland Barthes once said of Flaubert's novels, "Flaubert did not write a novel. He merely connected one sentence after another. The eros between sentences, that is the essence of Flaubert's novel." That's right -- a novel, basically, is writing one sentence, then, without violating the scope of the first one, writing the next sentence. And you continue to make connections.
Bu cümləyə baxaq. (Cümlə): "Bir gün iztirablı yuxudan oyanan Qreqor Samsa, uzandığı yataqda çirkin iri böcəyə döndüyünü dərk edir." Bəli, Kafkanın "Metamorfoz" əsərinin ilk cümləsidir. Yola verməyin çətin olduğu belə bir cümlənin davamını (Gülüş) gətirə bilmək üçün də bütün bir kitab yazıb. Beləliklə müasir ədəbiyyatın şah əsəri sayılan "Metamorfoz" yaranıb. Bu cümləni yazıb, atasına göstərmiyib. Atası ilə arası elə də yaxşı deyilmiş. Özü cümlənin davamını gətirməyə çalışıb. Atasına göstərsəydi, atası yəqin, "Oğlum axır ki başını itirdi." deyərdi.
Take a look at this sentence: "One morning, as Gregor Samsa was waking up from anxious dreams, he discovered that in his bed he had been changed into a monstrous verminous bug." Yes, it's the first sentence of Franz Kafka's "The Metamorphosis." Writing such an unjustifiable sentence and continuing in order to justify it, Kafka's work became the masterpiece of contemporary literature. Kafka did not show his work to his father. He was not on good terms with his father. On his own, he wrote these sentences. Had he shown his father, "My boy has finally lost it," he would've thought.
Əslində incəsənət bir qədər də dəli olmağı tələb edir. İkinci addım cümlələrin davamını gətirməkdir ki, bu da uşaqların yalan danışmağından çox da fərqlənmir. Yalan danışmaq - uşaqların yaradıcılığa doğru ilk addımlarıdır. Uşaqlar bu yolla incəsənətlə məşğul olurlar. Yorulmaq bilmədən etdiklərindən də zövq alırlar. Bir neçə gün əvvəl Cecu adasında idim, Uşaqlar boş buraxılan kimi su ilə oynayırdılar, uşaqların çoxu suyu xoşlayır. Ancaq bəziləri sahildə oynayır, qumdan qala düzəldirdilər. Gah dağ, gah dəniz, dəniz yox təbii... gah adam, gah da it heykəli düzəldirdilər. Valideyinlər də hey "Dalğa gəlib hamısını yuyub aparacaq." deyib uşaqları yayındırmağa çalışırdılar. Boşuna vaxt itirmək olsa da uşaqlar buna fikir vermirdilər. Etdiklərindən zövq alırdılar. Bütün vaxtı qumun içində idilər. Belə oyunları da kimsə dediyinə görə etmirlər. İş yerində müdirin əmri də deyil, ancaq özləri üçün edirlər.
And that's right. Art is about going a little nuts and justifying the next sentence, which is not much different from what a kid does. A kid who has just started to lie is taking the first step as a storyteller. Kids do art. They don't get tired and they have fun doing it. I was in Jeju Island a few days ago. When kids are on the beach, most of them love playing in the water. But some of them spend a lot of time in the sand, making mountains and seas -- well, not seas, but different things -- people and dogs, etc. But parents tell them, "It will all be washed away by the waves." In other words, it's useless. There's no need. But kids don't mind. They have fun in the moment and they keep playing in the sand. Kids don't do it because someone told them to. They aren't told by their boss or anyone, they just do it.
Yəqin ki, hamımızın uşaqlıqda belə primitiv incəsənətdən zövq aldığımız olub. Bəzən tələbələrimə ən xoşbəxt uşaqlıq xatirəniz haqda yazın - deyirəm. Uşaqların çoxu bu primitiv sənət əsərləri haqda danışmağı sevirlər. Piano çalmağı öyrənib etdikləri ilk ifaları, məsələn. Dostu ilə birlikdə oynadığı ilk qısa səhnəcik, necə utanmaqları... Yaxud analoq kamera ilə çəkib çap etdiyi ilk şəkil... Belə yaradıcılıqlarından danışmağı sevirlər. Hamının belə anları olduğuna inanıram. Bu mərhələyə qədər incəsənət xoşbəxtlik gətirir. Bu, kiminsə əmr etdiyi iş olmadığına görədir. İş isə elə də sevinc gətirən bir peşə deyil.
When you were little, I bet you spent time enjoying the pleasure of primitive art. When I ask my students to write about their happiest moment, many write about an early artistic experience they had as a kid. Learning to play piano for the first time and playing four hands with a friend, or performing a ridiculous skit with friends looking like idiots -- things like that. Or the moment you developed the first film you shot with an old camera. They talk about these kinds of experiences. You must have had such a moment. In that moment, art makes you happy because it's not work. Work doesn't make you happy, does it? Mostly it's tough.
Fransız yazıçı Mişel Turnenin bir məhşur ifadəsi var. Bir az mübahisəli ifadə olsa da: "İş insanın təbiətinə ziddir. İş görərkən yorulmağımız da bunun sübutudur." Düz demiyib sizcə? (Gülüş) Təbiidirsə, axı insan niyə yorulur? Nə qədər gəzib kef etsək də yorulmuruq. Bütün günü olsa belə. Bircə gecə davamlı işlədikdə isə əlavə pul alırıq. Niyə? Təbii ki, çətin olduğuna görə. Uşaqlar isə zövq almaq və əylənmək üçün incəsənətlə məşğul olurlar. Şəkilləri satmaq üçün çəkmir, ailələrini dolandırmaq üçün pianino çalmırlar. Bütün uşaqlar bunu pulsuz edir - demək də düz olmaz. Bu şəxsi tanıdınız, hə? Bu, ailəsini dolandıra bilmək üçün Avropanı gəzib konsertlər vermiş Volfqanq Amadey Motsartdır. Bu uşaq isə bir neçə əsr əvvəl yaşadığından, əsas fikrimə istinad olaraq qəbul edək. Hansısa bir yaşdan sonra isə sevimli oyunumuz olan incəsənət sona çatır. Uşaqlar kursa, dərsə getməli olur, ev tapşırığı etməli, pianino, balet kimi dərslərə də getməli olurlar. Ancaq hamısı maraqsız olur. Etməli olduqları və başqaları ilə rəqabət aparmalı olduqlarına görədir. İbtidai sinifdə oxuya-oxuya evdə divarları yazsa, uşaq anası tərəfindən yaxşıca məzəmmət olunar. Ancaq bu tərəf də deyil. Yaş artıb incəsənətlə məşğul olduqda özümüz də bizi kiminsə yoxladığı hissinə qapılırıq. Yaradıcılığımız məhdudlanır, daimi hərəkətlərimizə nəzarət etməli oluruq.
The French writer Michel Tournier has a famous saying. It's a bit mischievous, actually. "Work is against human nature. The proof is that it makes us tired." Right? Why would work tire us if it's in our nature? Playing doesn't tire us. We can play all night long. If we work overnight, we should be paid for overtime. Why? Because it's tiring and we feel fatigue. But kids, usually they do art for fun. It's playing. They don't draw to sell the work to a client or play the piano to earn money for the family. Of course, there were kids who had to. You know this gentleman, right? He had to tour around Europe to support his family -- Wolfgang Amadeus Mozart -- but that was centuries ago, so we can make him an exception. Unfortunately, at some point our art -- such a joyful pastime -- ends. Kids have to go to lessons, to school, do homework and of course they take piano or ballet lessons, but they aren't fun anymore. You're told to do it and there's competition. How can it be fun? If you're in elementary school and you still draw on the wall, you'll surely get in trouble with your mom. Besides, if you continue to act like an artist as you get older, you'll increasingly feel pressure -- people will question your actions and ask you to act properly.
Bu da mənim hekayəm: 8-ci sinifdə oxuyurdum. Kyonqbuk sarayında rəsm yarışına getmişdik. Ürəkdən rəsim çəkirdim. Bu zaman müəllimim yaxınlaşıb, "Neyniyirsən sən?" soruşdu. "Ürəyimdən keçəni çəkirəm." "Bəs niyə tünd rənglər işlədirsən?" Rəsmimi ancaq tünd rənglə boyayırdım. Mən də cavab verdim, "Qaranlıq gecədə ağaca qonan qarğa çəkirəm." Müəllimim də, "Hə düz deyirsən, şəkil çəkmək bacarığın olmasa da hekayə danışmaqda yaxşısan." desəydi nə vardı ki. "Bir bura gəl." deyib (Gülüş) "Tez çıx bura!" qışqırıb "Burda sarayı, sarayın bağçasını çəkmək əvəzinə təkcə qara quş çəkirsən?" deyə-deyə mənimlə birlikdə bayıra çıxdı. Şagirdlərin içində qızlar da çox idi, bir sözlə, biabır olmuşdum.
Here's my story: I was an eighth grader and I entered a drawing contest at school in Gyeongbokgung. I was trying my best, and my teacher came around and asked me, "What are you doing?" "I'm drawing diligently," I said. "Why are you using only black?" Indeed, I was eagerly coloring the sketchbook in black. And I explained, "It's a dark night and a crow is perching on a branch." Then my teacher said, "Really? Well, Young-ha, you may not be good at drawing but you have a talent for storytelling." Or so I wished. "Now you'll get it, you rascal!" was the response. (Laughter) "You'll get it!" he said. You were supposed to draw the palace, the Gyeonghoeru, etc., but I was coloring everything in black, so he dragged me out of the group. There were a lot of girls there as well, so I was utterly mortified.
Uşaq vaxtı belə tənbeh, nəsihətlərin heç birindən nəticə çıxarmadığıma görə tez-tez danlanırdım. İdeal müəllim olsaydı, indicə dediyim kimi, "Şəkil çəkmək bacarığın olmasa da, yaxşı hekayə yaratmaq bacarığın var" deyib məni ruhlandırardı. Ancaq belə müəllimlər çox az tapılır. Sonralar universitetə başlayıb müasir Avropa muzeylərinə gedəndə, o hadisəni ədalətsizlik olaraq qəbul etdim. Orda belə şəkillər də var idi. (Gülüş) (Alqış)
None of my explanations or excuses were heard, and I really got it big time. If he was an ideal teacher, he would have responded like I said before, "Young-ha may not have a talent for drawing, but he has a gift for making up stories," and he would have encouraged me. But such a teacher is seldom found. Later, I grew up and went to Europe's galleries -- I was a university student -- and I thought this was really unfair. Look what I found. (Laughter)
Mən cəza olaraq şəklim ağzımda sarayın önündə durarkən, belə şəkillər Basel kimi muzeylərdə asılır. Bax, bu adicə divar kağızına oxşayır. Sonralar öyrənirəm ki, müasir incəsənətçilər bu kimi əsərlərini mənim kimi təsvir də etmirlər. Çoxu da "adsız"dırlar (untitled). Qısası 20-ci əsr müasir incəsənət deyilən şey, qəribə bir şey düzəldib, boşluğu izah etmək və mülahizələrlə doldurmaqdan ibarətdir. Mənim səviyyəm çox aşağı da olsa, bir az daha tanınmış nümunələrə baxaq;
Works like this were hung in Basel while I was punished and stood in front of the palace with my drawing in my mouth. Look at this. Doesn't it look just like wallpaper? Contemporary art, I later discovered, isn't explained by a lame story like mine. No crows are brought up. Most of the works have no title, Untitled. Anyways, contemporary art in the 20th century is about doing something weird and filling the void with explanation and interpretation -- essentially the same as I did. Of course, my work was very amateur, but let's turn to more famous examples.
Bu əsər Pablo Pikassonundur, velosipedin oturacağı ilə rolunu birləşdirib, "öküz başı" adlandırıb. Başqa bir nümunə; Düşan, çanağı belə yerləşdirib, "Fəvvarə" adlandırıb. Bu misallarda olduğu kimi, müasir incəsənət qəribə nə isə yaradıb, ona hekayə ilə həyat qazandırmaqdan ibarətdir. Pikasso belə deyib: "Mən gördüyümü deyil, düşündüyümü çəkirəm." Bunu o vaxt bilsəydim, bağçanı çəkməyimin şərt olmadığını müəllimə deyərdim. Bədbəxtlikdən, incəsənətin qoruyucularına qarşı qoyub, savaşmağa başlamazdan əvvəl içimizdəki yaradıcı uşaq ölür. Bu uşaq özünə qapanır, bu da bizim faciəmizdir.
This is Picasso's. He stuck handlebars into a bike seat and called it "Bull's Head." Sounds convincing, right? Next, a urinal was placed on its side and called "Fountain". That was Duchamp. So filling the gap between explanation and a weird act with stories -- that's indeed what contemporary art is all about. Picasso even made the statement, "I draw not what I see but what I think." Yes, it means I didn't have to draw Gyeonghoeru. I wish I knew what Picasso said back then. I could have argued better with my teacher. Unfortunately, the little artists within us are choked to death before we get to fight against the oppressors of art. They get locked in. That's our tragedy.
Bu içimizdəki yaradıcı uşaq yox olanda necə olur? Arzularımız tam da yox olmur. Özümüzü ifadə etmək, göstərmək istəyirik, ancaq içimizdəki ölü sənətkar özünü ancaq qaranlıqda göstərir. Belələri karaokedə "She is Gone", "Hotel California" oxuyur, xəlayı gitarlarını çalırlar. Çox pis oxuyurlar, həqiqətən. Bir gecəlik roker olurlar. Ya da klublarda rəqs edir, hekayə yazacaq insanların gecə səhərə qədər internetdə qaranlıq yerlərdə yazıları çıxır.
So what happens when little artists get locked in, banished or even killed? Our artistic desire doesn't go away. We want to express, to reveal ourselves, but with the artist dead, the artistic desire reveals itself in dark form. In karaoke bars, there are always people who sing "She's Gone" or "Hotel California," miming the guitar riffs. Usually they sound awful. Awful indeed. Some people turn into rockers like this. Or some people dance in clubs. People who would have enjoyed telling stories end up trolling on the Internet all night long. That's how a writing talent reveals itself on the dark side.
Ya da uşaqlarıyla oynayarkən özü oyuna qapılan atalar var. Uşaqları ilə Leqo bloku, robot modeli düzəldirlər. (Gülüş) "Sakit otur, mən düzəldərəm."deyirlər, uşaqlar həvəsdən düşüb başqa oyuna başlasalar da, ataları təkcə qala tikir. İçimizdəki yaratmaq hissi məhdudlanır, amma yox olmur. Çox vaxt bu hiss neqativ formada, qibtə halında üzə çıxır. Bilirsiniz də, "Məni televizorda göstərsəydilər gözəl olardı." kimi mahnı var. Niyə gözəl olardı? Çünki televizorda bizim etmək, olmaq istədiyimiz, ancaq ola bilmədiyimiz adamlar çox olur. Mahnı oxuyur, rəqs edir, rollar ifa edir və buna görə alqışlanırlar da. Buna görə də, onlara qibtə edirik. Pultu götürüb, deyinməyə başlayırıq. "Buna aktyorluq deyirsən? Belə oxumaq olar? Səsi yoxdu bunun." Belə ifadələr işlədirik. İçimizdəki qısqanclıq bəd əməlimiz deyil, mənim fikrimcə, içimizdə qapalı qalmış yaradıcı uşağın varlığındandır.
Sometimes we see dads get more excited than their kids playing with Legos or putting together plastic robots. They go, "Don't touch it. Daddy will do it for you." The kid has already lost interest and is doing something else, but the dad alone builds castles. This shows the artistic impulses inside us are suppressed, not gone. But they can often reveal themselves negatively, in the form of jealousy. You know the song "I would love to be on TV"? Why would we love it? TV is full of people who do what we wished to do, but never got to. They dance, they act -- and the more they do, they are praised. So we start to envy them. We become dictators with a remote and start to criticize the people on TV. "He just can't act." "You call that singing? She can't hit the notes." We easily say these sorts of things. We get jealous, not because we're evil, but because we have little artists pent up inside us. That's what I think.
Bəs nə etməli? İndi deyim: Bu dəqiqə öz yaradıcılığımızı işə salmalıyıq. Televizoru söndürüb, internetdən çıxıb, nəyəsə başlamaq lazımdır. Teatr məktəbində dərs deyərkən mən keçməsəm də teatr elmi adlı bir dərs var idi. Bu dərsi götürən hər tələbə bir pyes hazırlamalı idi. Ancaq yaxşı rol ifa etmək bacarığı olana rol verilmirdi. O, misal üçün, dramaturq olurdu. Dramaturq olaraq məktəbə başlayana isə səhnə dekorasiyası tapşırılır, birlikdə tamaşa ərsəyə gəlirdi. Əvvəl tələbələr edə biləcəklərindən əmin olmasalar da, vaxt keçdikcə bu işi sevirdilər. Tamaşa tapşırığını sevməyən adam demək olar görməmişəm. Məktəb, ordu, hətta dispanserlərdə də bu tapşırıq sevinclə qarşılanır. Əsgərlikdə olarkən, ondan sonra da bir neçə yerdə buna şahid olmuşam.
What should we do then? Yes, that's right. Right now, we need to start our own art. Right this minute, we can turn off TV, log off the Internet, get up and start to do something. Where I teach students in drama school, there's a course called Dramatics. In this course, all students must put on a play. However, acting majors are not supposed to act. They can write the play, for example, and the writers may work on stage art. Likewise, stage art majors may become actors, and in this way you put on a show. Students at first wonder whether they can actually do it, but later they have so much fun. I rarely see anyone who is miserable doing a play. In school, the military or even in a mental institution, once you make people do it, they enjoy it. I saw this happen in the army -- many people had fun doing plays.
Mənim başıma da belə bir iş gəlib: Yazıçılıq dərsində tələbələrə bir tapşırıq vermişdim. Tələbələrin çoxunun ixtisası yazıçılıq deyildi. Ən çox rəssam ya da musiqi ixtisaslı tələbələr var idi. Yazıçılıqda özlərinə inamları isə yox idi. Buna görə, ağ kağızı paylayıb belə tapşırıq verdim: Asan bir mövzuda, məsələn, uşaqlıqda ən pis xatirəniz haqda yazın - deyirdim. Ancaq dəli kimi yazın deyirdim, ağlınıza gələni. Partaların arası ilə gəzir, onları ruhlandırırdım, "Tez olun, yazın." Bir-iki saat beləcə yazırdılar. Əvvəl 5 dəqiqə fikirləşib sonra hey yazırdılar.
I have another experience: In my writing class, I give students a special assignment. I have students like you in the class -- many who don't major in writing. Some major in art or music and think they can't write. So I give them blank sheets of paper and a theme. It can be a simple theme: Write about the most unfortunate experience in your childhood. There's one condition: You must write like crazy. Like crazy! I walk around and encourage them, "Come on, come on!" They have to write like crazy for an hour or two. They only get to think for the first five minutes.
Belə dəli kimi yazmalarını istəməkdə səbəbim, yavaş-yavaş yazanda çox fikirləşmələridir, artistin şeytan üzü ortaya çıxır. Bu şeytan yazmamağımız üçün yüzlərlə səbəb ortaya atır, bizə "Başqalarınə gülüş yeri olacaqsan. Bu yazdığın yazı deyil. Cümlədi bu? Xəttinə bax!" kimi şeylər deyir. Bu şeytan bizə çatmamış tez-tez yazmalıyıq. Gördüyüm ən yaxşı yazılar, vaxt azadlığı verdiyim tapşırıqların içindən deyil, 40 dəqiqə ya bir saat içində qarşımda əyləşib qələmlə yazılmış yazıların içindən çıxırdı. Uşaqlar trans halında olurlar. 30-40 dəqiqədən sonra nə yazdıqlarını bilmirlər. Bu anlarda arxalarınca düşən şeytan onlardan əl çəkir.
The reason I make them write like crazy is because when you write slowly and lots of thoughts cross your mind, the artistic devil creeps in. This devil will tell you hundreds of reasons why you can't write: "People will laugh at you. This is not good writing! What kind of sentence is this? Look at your handwriting!" It will say a lot of things. You have to run fast so the devil can't catch up. The really good writing I've seen in my class was not from the assignments with a long deadline, but from the 40- to 60-minute crazy writing students did in front of me with a pencil. The students go into a kind of trance. After 30 or 40 minutes, they write without knowing what they're writing. And in this moment, the nagging devil disappears.
Belə nəticəyə gəlirəm: Sənətkar olmamağımız üçün yüzlərlə səbəb deyil, bircə özümüzün olmalı olduğumuz səbəbi bizi sənətkar edir. Ola bilməmək səbəblərimiz önəmli deyil. Sənətkarların çoxu ancaq bu bircə səbəbdən sənətkar olublar. İndicə içimizdəki şeytana qarşı çıxıb sənətimizə başlamağın vaxtıdır. Düşmənlərimiz də bu anda ortaya çıxır. Çoxu valideynlərimiz cildinə girirlər. (Gülüş) Ya da həyat yoldaşımızın cildinə. Onlar sizin ailəniz, həyat yoldaşınız deyil. Onlar şeytanlardır. (Gülüş) Qısa müddətlik göydən yerə eniblər ki, bizi incəsənətlə məşğul olmaqdan yayındırsınlar. Onların sehrli sualları var. Biz "Aktyorluğu öyrənmək istəyirəm, teatr məktəbinə yazılmaq istəyirəm," yaxud "İtalyan mahnıları öyrənmək istəyirəm."deyəndə "Hə, teatr? Onunla neyləyəcəksən ki?" sualını verirlər. Bu "Onunla neyləyəcəksən ki?" sehrli sualıdır. Ancaq incəsənət nəsə etmək üçün edilən bir şey deyil. İncəsənət maraqdan yaranır. O bizim ruhumuzu azad edib, xoşbəxt yaşamağımıza gətirib çıxarır. İçki və narkotik maddəsiz xoşbəxt olub, özümüzü ifadə etməyimizə kömək edir. Buna görə də, praqmatik insanların bu sualına aydın cavab vermək lazımdır. "Xoşuma gəldiyi, maraqlı olduğuna görə edirəm. Bağışla ki, maraqlanıram." "Mən birinci başlayacam." deməyi bacaran insan olmaq lazımdır. Mənim arzuladığım gələcək, hamının ən azından bircə sahədə yaradıcı olacağı bir gələcəkdir.
So I can say this: It's not the hundreds of reasons why one can't be an artist, but rather, the one reason one must be that makes us artists. Why we cannot be something is not important. Most artists became artists because of the one reason. When we put the devil in our heart to sleep and start our own art, enemies appear on the outside. Mostly, they have the faces of our parents. (Laughter) Sometimes they look like our spouses, but they are not your parents or spouses. They are devils. Devils. They came to Earth briefly transformed to stop you from being artistic, from becoming artists. And they have a magic question. When we say, "I think I'll try acting. There's a drama school in the community center," or "I'd like to learn Italian songs," they ask, "Oh, yeah? A play? What for?" The magic question is, "What for?" But art is not for anything. Art is the ultimate goal. It saves our souls and makes us live happily. It helps us express ourselves and be happy without the help of alcohol or drugs. So in response to such a pragmatic question, we need to be bold. "Well, just for the fun of it. Sorry for having fun without you," is what you should say. "I'll just go ahead and do it anyway." The ideal future I imagine is where we all have multiple identities, at least one of which is an artist.
Nyu Yorkda taksiyə minmişdim. Arxa oturacaqda oturmuşdum. Taksinin ön oturacağında teatrla bağlı nə isə yazı asılmışdı. Nə olduğunu soruşdum. Sürücü, öz profilimdir - dedi. "Sən nəçisən ki?" sualıma, aktyoram - deyə cavab verdi. Sürücü olsa da teatrda aktyorluq edirdi. "Hansı rolu oynayırsan?" soruşanda fəxrlə "Kral Lir." deyə cavab verdi. "Kral Lir" "Kim deyə bilər ki, mən kiməm?" Kral Lir pyesindən məşhur cümlədir. Mən də belə dünya arzulayıram. Kimsə günorta qolfla məşğuldur, gecələrisə yazıçıdır. Yaxud həm taksiçi, həm aktyordur, həm bank işçisi, həm rəssamdır. Gizli ya açıq-aşkar, öz sənətləri ilə məşğuldurlar.
Once I was in New York and got in a cab. I took the backseat, and in front of me I saw something related to a play. So I asked the driver, "What is this?" He said it was his profile. "Then what are you?" I asked. "An actor," he said. He was a cabby and an actor. I asked, "What roles do you usually play?" He proudly said he played King Lear. King Lear. "Who is it that can tell me who I am?" -- a great line from King Lear. That's the world I dream of. Someone is a golfer by day and writer by night. Or a cabby and an actor, a banker and a painter, secretly or publicly performing their own arts.
1990-ci ildə modern rəqs əfsanəsi Marta Qraham Koreyaya gəldi. 90 yaşlarındakı böyük sənətkar Kimpo Hava limanına çatanda, bir jurnalist ona tipik bir sual verdi: "Böyük rəqqas olmaq üçün nə etmək lazımdır? Koreyalı rəqqaslara məsləhətiniz nədir?" Şəklin çəkildiyi 48-ci ildə artıq dahi sənətkar sayılan şəxsə 90-ci ildə belə bir sual verdi. O da belə cavab verdi: "Just do it."[Sadəcə et.](Gülüş) Təsirli cavab idi. Bu üç sözü deyib, gəliş zalını tərk etdi. İndi bizə lazım olan nədir? Elə bu dəqiqə incəsənətlə məşğul olmaq. Necə? Just do it.
In 1990, Martha Graham, the legend of modern dance, came to Korea. The great artist, then in her 90s, arrived at Gimpo Airport and a reporter asked her a typical question: "What do you have to do to become a great dancer? Any advice for aspiring Korean dancers?" Now, she was the master. This photo was taken in 1948 and she was already a celebrated artist. In 1990, she was asked this question. And here's what she answered: "Just do it." Wow. I was touched. Only those three words and she left the airport. That's it. So what should we do now? Let's be artists, right now. Right away. How? Just do it!
Çox sağ olun.
Thank you.
(Alqış)
(Applause)