(Musiqi)
(Music)
Təxminən 43 min il əvvəl bugünkü Sloveniyanın şimal-qərb sərhədindəki yumru təpələrdə balaca bir mağara ayısı öldü. Min illər sonra cənubi Almaniyada bir mamont öldü. Bir neçə əsr sonra bu ərazilərdə bir ağbaş kərkəs də öldü. Biz bu heyvanların necə öldükləri barədə demək olar ki, heç nə bilmirik, bu varlıqlar fərqli zaman və yerlərdə yaşamış olsalar da eyni qəribə taleyi bölüşdülər. Ölümlərindən sonra hər birinin skeletlərindən alınan sümüklər insan əlləri ilə fleytaya çevrildi.
Roughly 43,000 years ago, a young cave bear died in the rolling hills on the northwest border of modern day Slovenia. A thousand years later, a mammoth died in southern Germany. A few centuries after that, a griffon vulture also died in the same vicinity. And we know almost nothing about how these animals met their deaths, but these different creatures dispersed across both time and space did share one remarkable fate. After their deaths, a bone from each of their skeletons was crafted by human hands into a flute.
Bu haqda bir saniyə düşünün. Təsəvvür edin mağara adamısız, 40 min il əvvəl. Alova hökmranlıq edirsiniz. Ovçuluq üçün sadə alətlər düzəltmisiniz. Qışda sizi isti saxlamaq üçün heyvan dərisindən necə paltar düzəltməyi öyrənmisiniz. Növbəti kəşfiniz nə olardı? Hava molekulları içində lazımsız dalğalar yaradan aləti fleytanı kəşf edəcəyiniz inandırıcı görsənmir, Amma əcdadlarımızın etdiyi elə eynilə bu oldu.
Think about that for a second. Imagine you're a caveman, 40,000 years ago. You've mastered fire. You've built simple tools for hunting. You've learned how to craft garments from animal skins to keep yourself warm in the winter. What would you choose to invent next? It seems preposterous that you would invent the flute, a tool that created useless vibrations in air molecules. But that is exactly what our ancestors did.
Təəccüblü görünsə də məlum oldu ki, bu ixtiralar tarixində rast gəlinən bir şeydir. Bəzən insanlar sağ qalmaq , uşaqlarını doyurmaq və ya yaxındakı kəndi işğal etmək üçün yeni bir şey kəşf edirdilər Lakin adətən yeni fikirlər sadəcə əyləncəli olduqları üçün ortaya çıxırlar. Ən qəribəsi də odur ki: bu əyləncəli, qeyri-ciddi görünən ixtiraların bir çoxu elm, siyasət və cəmiyyətdə əlamətdar dəyişikliklərə təkan verdi.
Now this turns out to be surprisingly common in the history of innovation. Sometimes people invent things because they want to stay alive or feed their children or conquer the village next door. But just as often, new ideas come into the world simply because they're fun. And here's the really strange thing: many of those playful but seemingly frivolous inventions ended up sparking momentous transformations in science, in politics and society.
Götürək elə müasir dünyanın bəlkə də ən vacib ixtirası olan proqramlaşdırıla bilən kompyuterləri. Əksər ilkin kompyuterlər xüsusi olaraq müharibə zamanı şifrələri sındırmağa, ya raket trayektoriyalarını hesablamağa uyğun qurulduğu üçün kompyuterlərin hərbi texnologiyadan gəldiyinə inanılır. Amma əslində müasir kompyuterlərin mənşəyi təsəvvür edə biləcəyinizdən çox daha əyləncəlidi, hətta musiqili. Fleytadakı səs çıxarmaq üçün deşiyə hava üfürmək fikri zamanla dəyişdirilərək 2 min ilin sonunda ilk orqan musiqi alətini yaratdı.
Take what may be the most important invention of modern times: programmable computers. Now, the standard story is that computers descend from military technology, since many of the early computers were designed specifically to crack wartime codes or calculate rocket trajectories. But in fact, the origins of the modern computer are much more playful, even musical, than you might imagine. The idea behind the flute, of just pushing air through tubes to make a sound, was eventually modified to create the first organ more than 2,000 years ago.
Kimsə barmaqlarımızla balaca dillərə basmaqla səs çıxarmaq və ilk musiqi klaviaturası kimi dahiyanə bir fikir irəli sürdü. Klaviaturalar 19-cu əsrin ortalarına qədər orqanlardan klavikordlara, klavesinlərə, pianoya doğru təkamül etdilər, Daha sonra bir qrup ixtiraçı klaviatura istifadə etməklə hərflər yazmaq fikrini irəli sürdülər. İlk yazı makinası da ilk vaxtlarda "yazı klavesini" adlandırılmışdı. Fleytalar və musiqi daha böyük ixtiralara gətirib çıxartdı. Təxminən min il əvvəl, İslam İntibahı dövrünün zirvəsində Bağdaddan olan 3 qardaş avtomatlaşdırılmış orqan musiqi qurğusunu düzəltdilər. Onlar buna "öz-özünə çalan alət" adı verdilər. Cihaz əslində nəhəng musiqi qutusu idi. Fırlanan silindrin üzərinə iynələr yerləşdirib şifrələnmiş göstərişləri istifadə etməklə orqan müxtəlif musiqilər ifa etməyə qurula bilirdi. Əgər makinanın başqa bir musiqi çalmasını istəsəydiniz, üzərində başqa şifrə olan yeni silindri içinə yerləşdirməyiniz bəs edirdi. Bu cihaz bu tip qurğuların ilki oldu. Proqramlaşdırılması mümkündü. Bu çox böyük bir irəliləyiş idi. Avadanlıq və proqram təminatı anlayışları ilk dəfə bu ixtira ilə düşünüldü. Bu inanılmaz güclü olan anlayış bizə müharibə, istila etmə qurğusu kimi və ya zərurətdən gəlib çıxmadı. Mexanizmin öz-özünə musiqi çalmasını izləməyin verdiyi qəribə həzzdən yarandı. Hətta proqramlaşdırıla bilən mexanizm fikri 700 il sadəcə musiqi sahəsində mövcudluğunu qorudu. 1700-ci illərdə musiqi yaradan makinalar Paris elitasının əyləncə üçün istifadə etdiyi bir əşyaya çevrildi. Əyləncə hazırlayan şəxslər eyni şifrəli silindrlərdən istifadə etməklə "Automata" adlandırılan ilk robot tipli qurğuların hərəkətlərini idarə edirdilər. Bu robotların ən məşhurlarından biri də dahi fransız ixtiraçısı Jacques de Vaucanson'ın yaratdığı, bəli, ağlınıza gəldiyi kimi, avtomatlaşdırılmış fleyta çalıcısı idi. De Vaucanson robot musiqiçisini yaradarkən ağlında başqa bir fikir də var idi. Əgər mexanizmi xoşagələn səslər yaratmağa proqramlaşdırmaq mümkündürsə, niyə bunu parçada füsunkar rəng çalarları toxusun deyə proqramlaşdırmayasan? Silindrdəki musiqi notlarını yaratan iynələri bu dəfə rəngli sapları ifadə etsin deyə quraşdırmaq olardı. Parçan üçün yeni naxış istədikdə sadəcə yeni silindr proqramlaşdırırsan. Beləliklə ilk proqramlaşdırılan toxucu dəzgahı ixtira edildi. Silindrləri hazırlamaq isə çox bahalı və vaxt aparan bir iş idi, amma yarım əsr sonra başqa bir fransız ixtiraçısı Jacquard metal silindrlər əvəzinə deşilmiş kağız kartlardan istifadə etmək fikrini irəli sürdü. Cihazı proqramlaşdırmaq üçün kağız daha ucuz və daha əyilgən (elastik) idi. Həmin deşilmiş kart sistemi Viktoriya dövrü ixtiraçısı Charles Babbage'in ilk həqiqi proqramlaşdırıla bilən kompyuter olan hesablama aləti yaratmasına ilham verdi. Dəlikli kartlar 1970-ci illərdə beləin sonuna qədər kompyuter proqramçıları tərəfindən istifadə olunurdu. Özünüzə belə bir sual verin: müasir kompyuteri əlçatan edən əslində nə idi? Düzdür, hərbi inkişafın burda mühüm rolu olub, amma kompyuteri kəşf edilməsini mümkün edən "təməl daşları" : musiqi qutuları, oyuncaq robot fleyta çalıcılar, klavesin klavyaturaları, parçaya toxunmuş rəngarəng naxışlar idi və bunlar bütün əhvalatın sadəcə kiçik bir hissəsidir. Dünyanı dəyişən əksər ideyalar və texnologiyalar Oyunlardan yaranmışdır: dövlət muzeyləri, rezin, ehtimal nəzəriyyəsi, sığorta biznesi və daha bir çoxu. Zərurət həmişə ixtiranın əsas səbəbi olmayıb. Əyləncəylə dolu ağıl daim araşdırmağa can atır və dünya üzərində yeni imkanlar axtarışındadır. Bu axtarışlar - sevinc və əyləncəylə başlamış bir çox təcrübəninin əhəmiyyətli ixtiralara çevrilməsinə səbəb olmuşlar.
Someone came up with the brilliant idea of triggering sounds by pressing small levers with our fingers, inventing the first musical keyboard. Now, keyboards evolved from organs to clavichords to harpsichords to the piano, until the middle of the 19th century, when a bunch of inventors finally hit on the idea of using a keyboard to trigger not sounds but letters. In fact, the very first typewriter was originally called "the writing harpsichord." Flutes and music led to even more powerful breakthroughs. About a thousand years ago, at the height of the Islamic Renaissance, three brothers in Baghdad designed a device that was an automated organ. They called it "the instrument that plays itself." Now, the instrument was basically a giant music box. The organ could be trained to play various songs by using instructions encoded by placing pins on a rotating cylinder. And if you wanted the machine to play a different song, you just swapped a new cylinder in with a different code on it. This instrument was the first of its kind. It was programmable. Now, conceptually, this was a massive leap forward. The whole idea of hardware and software becomes thinkable for the first time with this invention. And that incredibly powerful concept didn't come to us as an instrument of war or of conquest, or necessity at all. It came from the strange delight of watching a machine play music. In fact, the idea of programmable machines was exclusively kept alive by music for about 700 years. In the 1700s, music-making machines became the playthings of the Parisian elite. Showmen used the same coded cylinders to control the physical movements of what were called automata, an early kind of robot. One of the most famous of those robots was, you guessed it, an automated flute player designed by a brilliant French inventor named Jacques de Vaucanson. And as de Vaucanson was designing his robot musician, he had another idea. If you could program a machine to make pleasing sounds, why not program it to weave delightful patterns of color out of cloth? Instead of using the pins of the cylinder to represent musical notes, they would represent threads with different colors. If you wanted a new pattern for your fabric, you just programmed a new cylinder. This was the first programmable loom. Now, the cylinders were too expensive and time-consuming to make, but a half century later, another French inventor named Jacquard hit upon the brilliant idea of using paper-punched cards instead of metal cylinders. Paper turned out to be much cheaper and more flexible as a way of programming the device. That punch card system inspired Victorian inventor Charles Babbage to create his analytical engine, the first true programmable computer ever designed. And punch cards were used by computer programmers as late as the 1970s. So ask yourself this question: what really made the modern computer possible? Yes, the military involvement is an important part of the story, but inventing a computer also required other building blocks: music boxes, toy robot flute players, harpsichord keyboards, colorful patterns woven into fabric, and that's just a small part of the story. There's a long list of world-changing ideas and technologies that came out of play: public museums, rubber, probability theory, the insurance business and many more. Necessity isn't always the mother of invention. The playful state of mind is fundamentally exploratory, seeking out new possibilities in the world around us. And that seeking is why so many experiences that started with simple delight and amusement eventually led us to profound breakthroughs.
Məncə, bu, uşaqlarımızı məktəbdə necə öyrətməyimiz və iş yerində yeniliyi necə dəstəkləməyimizin nəticəsi ilə bağlıdır amma əyləncə və oyunlara bu cür baxmağımız növbəti yeniliyin nə olacağını tapmağa kömək edər. Təsəvvür edin: 1750-ci ildə oturub 19-cu, 20-ci əsrlərdə cəmiyyətdə baş verəcək böyük dəyişiklikləri müəyyən etməyə çalışsaydınız, avtomatlaşdırılmış mexanizmlər, kompyuterlər süni intellekt , Paris elitasını əyləndirən proqramlaşdırılmış fleyta o dövrdəki bir çox başqa şey kimi çox güclü işarətlər vermiş ola bilərdi. Əvvəllər əyləncə məqsədli və ciddi bir şey üçün yararsız görünsədə müəyyən zaman sonra dünyanı dəyişəcək texnologiya inqilabının başlanğıcı oldu. Gələcək insanların ən çox əyləndiyi yerlərdə olacaq.
Now, I think this has implications for how we teach kids in school and how we encourage innovation in our workspaces, but thinking about play and delight this way also helps us detect what's coming next. Think about it: if you were sitting there in 1750 trying to figure out the big changes coming to society in the 19th, the 20th centuries, automated machines, computers, artificial intelligence, a programmable flute entertaining the Parisian elite would have been as powerful a clue as anything else at the time. It seemed like an amusement at best, not useful in any serious way, but it turned out to be the beginning of a tech revolution that would change the world. You'll find the future wherever people are having the most fun.