Uşaq ikən mən həmişə super bir qəhrəman olmaq istəyirdim. Dünyanı xilas edib hamını xöşbəxt etmək arzusunda idim. Ancaq bilirdim ki, arzularımın həyata keçməsi üçün qeyri-adi bacarıqlara malik olmalı idim. Və, beləliklə də, Kripton (Supermen ve s. qəhrəmanların gəldiyi planet) planetindən interqalaktik obyektlər tapmaq üçün xəyali səyahətlər edirdim. Bu, əlbəttə ki, çox əyləncəli, lakin nəticəsiz idi. Böyüyüb anlayanda ki, elmi- fantastik ədəbiyyat qeyri-adi bacarıqların əldə olunması üçün yaxşı mənbə deyil, mən faydalı və istifadə oluna biləcək həqiqəti tapmaq üçün elmi səyahətə çıxmaq qərarına gəldim.
When I was a child, I always wanted to be a superhero. I wanted to save the world and make everyone happy. But I knew that I'd need superpowers to make my dreams come true. So I used to embark on these imaginary journeys to find intergalactic objects from planet Krypton, which was a lot of fun, but didn't yield much result. When I grew up and realized that science fiction was not a good source for superpowers, I decided instead to embark on a journey of real science, to find a more useful truth.
Səyahətimi Kaliforniyanın Berkley Universitetinin 30-illik bir tədqiqatı ilə başladım. Bu tədqiqat köhnə bir məzun albomundaki tələbə şəkillərini təhlil etməklə həmin tələbələrin həyatlarında əldə etdiyi uğurları və nə dərəcə xoşbəxt olduqlarını ölçmək məqsədini daşıyırdı. Tələbələrin gülüşlərini ölçməklə tədqiqatçılar onların evliliklərinin müddətini və keyfiyyətini, xöşbəxtlik haqda standartlaşdırılmış testlərdə əldə edə biləcəkləri nəticələrini və digər insanlar üçün nə dərəcə ilhamlandırıcı olmalarını proqnoz etməyə nail oldular. Digər bir məzun albomunda mən Barry Obamanın (Barack Obama) şəklinə rast gəldim. Onun şəklini ilk dəfə görəndə fikirləşdim ki, onun super bacarıqları onun köynəyinin super yaxalığından gəlirdi. Lakin indi başa düşürəm ki, hər şeyin səbəbi onun gülüşü idi.
I started my journey in California, with a UC Berkeley 30-year longitudinal study that examined the photos of students in an old yearbook, and tried to measure their success and well-being throughout their life. By measuring the students' smiles, researchers were able to predict how fulfilling and long-lasting a subject's marriage would be, (Laughter) how well she would score on standardized tests of well-being, and how inspiring she would be to others. In another yearbook, I stumbled upon Barry Obama's picture. When I first saw his picture, I thought that his superpowers came from his super collar. (Laughter)
But now I know it was all in his smile.
Digər aha-momenti Wayne Dövlət Universitetinin apardığı tədqiqatdan gəldi. Bu tədqiqat 1950-ci illərə qədər Əsas Liqa oyunçularının beysbol kartlarını analiz etdi. Tədqiqatçılar aşkar etdilər ki, oyunçunun gülüşünün növü (uzunluğu) onun həyatının uzunluğu haqqında qabaqcadan xəbər verə bilər. Şəkillərdə gülümsəməyən oyunçular orta hesabla yalnız 72.9 il, gülüşləri parlaq olan oyunçular isə təxminən 80 ilə qədər yaşayırdılar.
Another aha! moment came from a 2010 Wayne State University research project that looked into pre-1950s baseball cards of Major League players. The researchers found that the span of a player's smile could actually predict the span of his life. Players who didn't smile in their pictures lived an average of only 72.9 years, where players with beaming smiles lived an average of almost 80 years.
(Gülüş)
(Laughter)
Yaxşı xəbər ondan ibarətdir ki, biz üzümüzdə gülüş ilə doğuluruq. Hal-hazırda biz 3D ultrasəs texnologiyası vasitəsilə uşaqların hətta ana bətnində olarkən gülümsəmələrini görə bilərik. Doğulduqdan sonra da körpələr gülümsəməyə davam edirlər ilkin zamanlar əsasən yatarkən. Hətta görə bilməyən körpələr də insan səsini eşidəndə gülümsəyirlər. Gülüş bioloji nöqteyi-nəzərdən bütün insanlara məxsus olan ən sadə ifadələrdən biridir.
The good news is that we're actually born smiling. Using 3D ultrasound technology, we can now see that developing babies appear to smile, even in the womb. When they're born, babies continue to smile -- initially, mostly in their sleep. And even blind babies smile to the sound of the human voice. Smiling is one of the most basic, biologically uniform expressions of all humans.
Papua Yeni Gvineyada aparılan tədqiqatlarda Pol Ekman, dünyanın üz ifadələri üzrə ən tanınmış tədqiqatçısı, aşkar edib ki, hətta Fore qəbiləsinin üzvləri, hansı ki, Qərbi mədəniyyətdən tamamilə əlaqəsi olmayan və qeyri-adi adamyeyən ritualına görə tanınan bir qəbilədir, sizin və mənim gülüşümə səbəb olan şeylərə gülümsəyirlər. Beləliklə də, Papua Yeni Gvineyadan tutmuş Hollivud və Çinin Beijing şəhərinin müasir mədəniyyətinə qədər biz hamımız gülümsəyirik və sevinc və razı olduğumuzu gülüş ilə ifadə edirik.
In studies conducted in Papua New Guinea, Paul Ekman, the world's most renowned researcher on facial expressions, found that even members of the Fore tribe, who were completely disconnected from Western culture, and also known for their unusual cannibalism rituals, (Laughter) attributed smiles to descriptions of situations the same way you and I would. So from Papua New Guinea to Hollywood all the way to modern art in Beijing, we smile often, and use smiles to express joy and satisfaction.
Hazırda bu zalda olan neçə insan gün ərzində 20 dəfədən artıq gülümsəyir? Əgər bu sizə aiddirsə əlinizi qaldırın. Buna bir bax! Bu zaldan kənarda bizlərdən təxminən üçdə bir hissəsi gündə 20 dəfədən artıq gülümsəyir. 14 faizdən az olan hissəmiz isə gündə 5 dəfədən az gülümsəyir. Əslində isə, ən möhtəşəm bacarıqlara malik olanlar uşaqlardır - onlar gündə nə az nə çox 400 dəfə gülümsəyirlər.
How many people here in this room smile more than 20 times per day? Raise your hand if you do. Oh, wow. Outside of this room, more than a third of us smile more than 20 times per day, whereas less than 14 percent of us smile less than five. In fact, those with the most amazing superpowers are actually children, who smile as many as 400 times per day.
Heç özünüzə sual vermisiniz ki, belə tez-tez gülümsəyən uşaqların ətrafında olmağın özü sizi niyə gülümsəməyə vadar edir? İsveçin Uppsala Universitetinin son tədqiqatı göstərdi ki, gülümsəyən bir insana baxarkən qaşqabaqlı olmaq çox çətindir. Siz, yəgin ki, bu niyə belədir sualını verirsiniz. Ona görə ki, gülümsəmə prosesi "yoluxucudur" və o, sifət əzələlərimizin idarəsini yatırır. Gülüşü təqlid etmək və onu fiziki cəhətdən yaşamaq gülüşün doğru və ya süni olmasını başa düşməkdə kömək edir və gülümsəyən insanın emosional vəziyyətini anlamağa imkan yaradır.
Have you ever wondered why being around children, who smile so frequently, makes you smile very often? A recent study at Uppsala University in Sweden found that it's very difficult to frown when looking at someone who smiles. You ask why? Because smiling is evolutionarily contagious, and it suppresses the control we usually have on our facial muscles. Mimicking a smile and experiencing it physically helps us understand whether our smile is fake or real, so we can understand the emotional state of the smiler.
Fransanın Clermont-Ferrand Universitetinin son tədqiqatlarından birində iştirakçılar gülüşün təbii və ya süni olmasını təyin etmək tapşırığını almışdılar. İştirakçılar bunu gülüş əzələlərini yatırmaq üçün ağızlarında karandaş tutaraq etməli idilər. Ağızlarında karandaş olmadan tədqiqat iştirakçıları asanlıqla gərar verirdilər. Lakin ağızlarında karandaş ilə gülüşü təqlid edə bilmədikləri halda onların qiymətləndirmə bacarıqları məhdud idi.
In a recent mimicking study at the University of Clermont-Ferrand in France, subjects were asked to determine whether a smile was real or fake while holding a pencil in their mouth to repress smiling muscles. Without the pencil, subjects were excellent judges, but with the pencil in their mouth -- when they could not mimic the smile they saw -- their judgment was impaired.
(Gülüş)
(Laughter)
Çarlz Darvin "Növlərin mənşəyi" kitabında təkamül nəzəriyyəsi ilə yanaşı sifətin cavab reaksiyası nəzəriyyəsi haqqında da yazmışdır. Onun nəzəriyyəsinə əsasən gülümsəmə əməlinin özü sadəcə olaraq özümüzü yaxşı hiss etməyimizin nəticəsi yox, tam əksinə, yaxşı əhval-ruhiyyəmizin səbəbidir. Darvin öz tədqiqatında Guillaume Duchennedan sitat gətirir. Bu Fransız nevroloq gülüş yaratmaq və stimulyasiya etmək üçün elektrik zərbələrindən istifadə edib. Xahiş edirəm, bunu evinizdə sınamayın.
In addition to theorizing on evolution in "The Origin of Species," Charles Darwin also wrote the facial feedback response theory. His theory states that the act of smiling itself actually makes us feel better, rather than smiling being merely a result of feeling good. In his study, Darwin actually cited a French neurologist, Guillaume Duchenne, who sent electric jolts to facial muscles to induce and stimulate smiles. Please, don't try this at home.
(Gülüş)
(Laughter)
Oxşar bir Alman elmi işində tədqiqatçılar sifət maqnit-rezonans tomoqrafiyası (MRT) şəkillərindən istifadə etməklə gülüş əzələlərini sıxışdıran botoks inyeksiyasından öncə və sonra baş verən beynin fəaliyyətini ölçürdülər. Bu elmi iş Darvinin nəzəriyyəsini təsdiq etdi və onu göstərdi ki, sifətin cavab reaksiyası beyinin emosional məzmununun nevroloji prosesləşdirilməsini dəyişir və bunu insanların özlərini daha yaxşı hiss etmələrinə kömək edən bir şəkildə edir. Gülümsəmə beynimizin mükafatlandırma mexanizminə təkan verir və bunu hətta şokoladın - ən məşhur həzz-gətirici bir səbəbkarın - edə bilmədiyi şəkildə edir.
In a related German study, researchers used fMRI imaging to measure brain activity before and after injecting Botox to suppress smiling muscles. The finding supported Darwin's theory, by showing that facial feedback modifies the neural processing of emotional content in the brain, in a way that helps us feel better when we smile. Smiling stimulates our brain reward mechanism in a way that even chocolate -- a well-regarded pleasure inducer -- cannot match.
Britaniya tədqiqatçıları kəşf etdilər ki, bir gülüş beyində 2000 ədəd şokoladın yaratdığı qədər stimullaşdırılmaya səbəb ola bilər. (Gülüş) Bu hələ harasıdır. Elə həmin tədqiqata əsasən gülümsəmə prosesi 16 min funt sterlinq almaq qədər stimullaşdırıcıdır. Bu, hər gülüşə 25 min dollar deməkdir. Və bu heç də pis deyil. Təsəvvürünüzə gətirin, 25 mini 400 dəfəyə vursaq bir neçə uşaq özünü hər gün Mark Zuckerberg (Facebook ixtiraçısı və dünyanın ən gənc zənginlərindən biri) kimi hiss edə bilər.
British researchers found that one smile can generate the same level of brain stimulation as up to 2,000 bars of chocolate. (Laughter) Wait -- The same study found that smiling is as stimulating as receiving up to 16,000 pounds sterling in cash. (Laughter) That's like 25 grand a smile. It's not bad. And think about it this way: 25,000 times 400 -- quite a few kids out there feel like Mark Zuckerberg every day. (Laughter)
Və çoxlu şokolad yeməkdən fərqli olaraq çoxlu gülümsəmək sizi daha sağlam edə bilər. Gülümsəmə kortizol, adrenalin və dopamin kimi stress-gətirici hormonların dərəcəsini aşağı salmaq və xoş əhval-ruhiyyəyə görə cavabdeh olan endorfin kimi hormonunun sayını artırmaq və ümumi qan təzyiqini aşağı salmaq gücünə malikdir.
And unlike lots of chocolate, lots of smiling can actually make you healthier. Smiling can help reduce the level of stress-enhancing hormones like cortisol, adrenaline and dopamine, increase the level of mood-enhancing hormones like endorphins, and reduce overall blood pressure.
Və əgər bu da inandırıcı deyilsə gülümsəmək başqalarının gözlərində daha xoşagəlimli görünür. Penn State Universitetinin son tədqiqatı aşkar etdi ki, gülümsəyən insan nəinki daha xoşagələn və mülayim hətta daha savadlı görünür.
And if that's not enough, smiling can actually make you look good in the eyes of others. A recent study at Penn State University found that when you smile, you don't only appear to be more likable and courteous, but you actually appear to be more competent.
Beləliklə, siz gözəl və savadlı görünmək, stressinizi aşağı salmaq, evlilik həyatınızı yaxşılaşdırmaq, və ya çoxlu kalori almadan özünüzü yüksək keyfiyyəltli şokolad yemiş kimi ya da illər boyu geyinmədiyiniz köhnə bir jaketin cibindən 25 min dollar tapmış kimi hiss etmək, ya da ətrafınızda hamıya kömək edə biləcək super bacarığı aşkar etmək daha uzun, sağlam və xoşbəxt həyat yaşamaq istəyirsinizsə gülümsəyin.
So whenever you want to look great and competent, reduce your stress or improve your marriage, or feel as if you just had a whole stack of high-quality chocolate without incurring the caloric cost, or as if you found 25 grand in a pocket of an old jacket you hadn't worn for ages, or whenever you want to tap into a superpower that will help you and everyone around you live a longer, healthier, happier life, smile.
(Alqışlar)
(Applause)