Hal-hazırda yəqin ki, bu videoya baxmaq üçün oturmusunuz və bu məqsədlə bir neçə dəqiqə oturaq vəziyyətdə qalmaq yəqin ki problem olmaz. Ancaq nə qədər çox otursanız bədəniniz bir o qədər narahat olar. Siz yenidən ayağa qalxıb gəzintiyə çıxana qədər anları sayaraq orada oturur. Bu gülməli səslənə bilər. Bədənimiz oturmağı sevir, elə deyilmi? Əslində isə yox. Şübhəsiz ki, qısa müddətli oturmaq stresdən qurtulmağımıza və ya məşqdən sonra güc yığmağımıza kömək edə bilər. Ancaq bu gün həyat tərzimiz bizi hərəkət etməkdən daha çox oturmağa məcbur edir və bədənimiz sadəcə olaraq belə oturaq həyat tərzi üçün yaradılmayıb. Əslində isə bunun əksi doğrudur. İnsan bədəni hərəkət etmək üçün yaradılmışdır və siz onun strukturunda bunun sübutunu görə bilərsiniz. İçimizdə 360-dan çox oynaq və asan, maye hərəkəti təmin edən 700-ə yaxın skelet əzələsi var. Bədənin bənzərsiz fiziki quruluşu bizə cazibə qüvvəsinə qarşı dik durmaq qabiliyyəti verir. Qanımızın düzgün dövr edə bilməsi bizim hərəkət etməyimizdən asılıdır. Sinir hüceyrələrimiz hərəkətdən faydalanır və dərimiz elastikdir, yəni hərəkətlərimizə uyğunlaşır. Bədənin hər qarışı hazırdırsa və hərəkət etməyinizi gözləyirsə, bunu etmədiyinizdə nə baş verir? Sözün əsl mənasında problemin məğzindən başlayaq. Onurğanız sümüklərdən və və onların arasında yerləşən qığırdaq disklərindən ibarət uzun bir quruluşdur. Sümüklərə bağlanan oynaqlar, əzələlər və bağlar hamısını bir yerdə saxlayır. Əyri kürək və aşağı əyilmiş çiyinlər, onurğa sütununuza qeyri-bərabər təzyiq göstərən bir vəziyətdir. Vaxt keçdikcə bu, onurğa disklərində aşınmaya səbəb olur, müəyyən bağ və oynaqları həddən artıq işlədir və belinizin əyri mövqeyinə uyğunlaşmaq üçün uzanan əzələləri gərginləşdirir. Bu əyilmiş forma oturarkən sinə boşluğunu da kiçildir, yəni nəfəs aldığınız zaman ağciyərlərinizin genişlənməsi üçün daha az yer olur. Bu problemdir, çünki o, ağciyərlərinizi dolduran və qanınıza süzülən oksigen miqdarını müvəqqəti məhdudlaşdırır. Skeletin ətrafında bədənin yumşaq toxuma təbəqələrini meydana gətirən əzələlər, sinirlər, arteriyalar və damarlar yerləşir. Oturmağın özü əzir, təzyiq edir, sıxır və bu zərif toxumalar həqiqətən də ağrıya məruz qalır. Heç oturduğunuz zaman qol və ayaqlarda uyuşuqluq və şişkinlik hiss etmisinizmi? Ən çox sıxılmış bölgələrdə sinirləriniz, arteriyalarınız və damarlarınız bloklana bilər bu da sinir siqnalını məhdudlaşdırır, uyuşuqluğa səbəb olur və əzalarınızdakı qan axınını azaldır və onların şişməsinə səbəb olur. Uzun müddət oturmaq həmçinin qan kapilyarlarının divarlarında qanda yağları parçalayan xüsusi ferment olan lipoprotein lipazanı müvəqqəti olaraq təsirsiz hala gətirir, buna görə də oturduğunuz zaman hərəkət etdiyinizdəki kimi yağ yandırmırsınız. Bütün bu durğunluğun beyinə hansı təsiri var? Yəqin ki, çox vaxt beyninizi işlətmək üçün əyləşirsiniz lakin gülməlisi budur ki, uzun müddət oturmaq bu məqsədə ziddir. Hərəkətsiz qalmaq qan axını və ağciyərləriniz vasitəsilə qana daxil olan oksigen miqdarını azaldır. Beyniniz üçün bunların hər ikisi işlək olmalıdır, buna görə də beyin fəaliyyətiniz yavaşladıqca konsentrasiya səviyyəniz çox güman ki, aşağı düşəcək. Təəssüf ki, oturmağın pis təsirləri yalnız qısa müddətdə mövcud deyil. Son araşdırmalar uzun müddət oturmağın bəzi xərçəng növləri və ürək xəstəlikləri ilə əlaqəli olduğunu və diabet, böyrək və qaraciyər problemlərinə gətirib çıxara biləcəyini müəyyən etdi. Əlsində, tətqidatçılar araşdırıblar ki, dünyada hər il vaxtından əvvəl ölümlərin təxminən 9%-nə hərəkətsizlik səbəb olur. Bu, 5 milyondan çox insan deməkdir. Zərərsiz bir vərdiş kimi görünən şey əslində sağlamlığımızı dəyişdirmək gücünə malikdir. Ancaq xoşbəxtlikdən, bu artan təhlükənin həlli sadə və intuitivdir. Oturmaqdan başqa seçiminiz olmadıqda əyilmiş belinizi daha düz onurğaya dəyişin və oturacağa bağlı qalmaq məcburiyyətiniz yoxdursa, hər dəfə ayağa qalxmaq üçün yarımsaatdan bir özünüzə xatırlatma edib daha çox hərəkət etməyi hədəfləyin. Lakin əsasən bədənlərin hərəkətsizlik üçün deyil hərəkət üçün yaradıldığını anlayın. Əslində, video artıq demək olar ki, bitdiyi üçün niyə də qalxıb dartınmayasız? Bədəninizi gəzintiyə öyrədin. Daha sonra sizə təşəkkür edəcək.
Right now, you're probably sitting down to watch this video and staying seated for a few minutes to view it is probably okay. But the longer you stay put, the more agitated your body becomes. It sits there counting down the moments until you stand up again and take it for a walk. That may sound ridiculous. Our bodies love to sit, right? Not really. Sure, sitting for brief periods can help us recover from stress or recuperate from exercise. But nowadays, our lifestyles make us sit much more than we move around, and our bodies simply aren't built for such a sedentary existence. In fact, just the opposite is true. The human body is built to move, and you can see evidence of that in the way it's structured. Inside us are over 360 joints, and about 700 skeletal muscles that enable easy, fluid motion. The body's unique physical structure gives us the ability to stand up straight against the pull of gravity. Our blood depends on us moving around to be able to circulate properly. Our nerve cells benefit from movement, and our skin is elastic, meaning it molds to our motions. So if every inch of the body is ready and waiting for you to move, what happens when you just don't? Let's start with the backbone of the problem, literally. Your spine is a long structure made of bones and the cartilage discs that sit between them. Joints, muscles and ligaments that are attached to the bones hold it all together. A common way of sitting is with a curved back and slumped shoulders, a position that puts uneven pressure on your spine. Over time, this causes wear and tear in your spinal discs, overworks certain ligaments and joints, and puts strain on muscles that stretch to accommodate your back's curved position. This hunched shape also shrinks your chest cavity while you sit, meaning your lungs have less space to expand into when you breath. That's a problem because it temporarily limits the amount of oxygen that fills your lungs and filters into your blood. Around the skeleton are the muscles, nerves, arteries and veins that form the body's soft tissue layers. The very act of sitting squashes, pressurizes and compresses, and these more delicate tissues really feel the brunt. Have you ever experienced numbness and swelling in your limbs when you sit? In areas that are the most compressed, your nerves, arteries and veins can become blocked, which limits nerve signaling, causing the numbness, and reduces blood flow in your limbs, causing them to swell. Sitting for long periods also temporarily deactivates lipoprotein lipase, a special enzyme in the walls of blood capillaries that breaks down fats in the blood, so when you sit, you're not burning fat nearly as well as when you move around. What effect does all of this stasis have on the brain? Most of the time, you probably sit down to use your brain, but ironically, lengthy periods of sitting actually run counter to this goal. Being stationary reduces blood flow and the amount of oxygen entering your blood stream through your lungs. Your brain requires both of those things to remain alert, so your concentration levels will most likely dip as your brain activity slows. Unfortunately, the ill effects of being seated don't only exist in the short term. Recent studies have found that sitting for long periods is linked with some types of cancers and heart disease and can contribute to diabetes, kidney and liver problems. In fact, researchers have worked out that, worldwide, inactivity causes about 9% of premature deaths a year. That's over 5 million people. So what seems like such a harmless habit actually has the power to change our health. But luckily, the solutions to this mounting threat are simple and intuitive. When you have no choice but to sit, try switching the slouch for a straighter spine, and when you don't have to be bound to your seat, aim to move around much more, perhaps by setting a reminder to yourself to get up every half hour. But mostly, just appreciate that bodies are built for motion, not for stillness. In fact, since the video's almost over, why not stand up and stretch right now? Treat your body to a walk. It'll thank you later.