(Musiqi)
(Music)
(Alqışlar)
(Applause)
Çox sağ olun.
Thank you.
Hər kəsə salamlar.
Hi, everybody.
Ban-kap-sıpnida. (Sizi gördüyümə şad oldum.)
Ban-gap-seum-ni-da.
Həyatımı ifa etdiyim kiçik bir parçamı sizinlə bölüşmək istəyirəm.
I'd like to share with you a little bit of me playing my life.
Bu gün sizin qarşınızda uğur qazanmış və xoşbəxt görünə bilərəm, ancaq bir vaxtlar ağır depresiya və ümidsizliyin cəngində idim. Hər şeyim hesab etdiyim skripkam da mənə ağır yük olmuşdu. Çox adam mənə ümid verib rahatlatmağa çalışda da sözləri mənə mənasız səs-küy kimi gəlirdi. İllər çəkən əziyyətdən sonra hər şeydən əlimi üzməyə az qalmışdı ki, musiqinin əsl gücünü yenidən kəşf etməyə başladım.
I might look successful and happy being in front of you today, but I once suffered from severe depression and was in total despair. The violin, which meant everything to me, became a grave burden on me. Although many people tried to comfort and encourage me, their words sounded like meaningless noise. When I was just about to give everything up after years of suffering, I started to rediscover the true power of music.
(Musiqi)
(Music)
Çətinlik anında mənə ruhumu qazandırıb, ona güc verən musiqi oldu. Musiqinin verdiyi rahatlıq izaholumayacaq qədər güclü idi, bu rahatlıq məni yuxudan oyadıb həyata olan baxışımı tamamilə dəyişdi. Məni uğurlu skripkaçı olmaq arzusunun verdiyi stresdən azad etdi.
In the midst of hardship, it was the music that gave me -- that restored my soul. The comfort the music gave me was just indescribable, and it was a real eye-opening experience for me too, and it totally changed my perspective on life and set me free from the pressure of becoming a successful violinist.
Özünüzü tək hiss etdiyiniz olurmu? Ümid edirəm ki, bu musiqi mənim kimi sizin də qəlbinizə toxunub sağaldacaq.
Do you feel like you are all alone? I hope that this piece will touch and heal your heart, as it did for me.
(Musiqi)
(Music)
(Alqışlar)
(Applause)
Çox sağ olun.
Thank you.
İndi mən musiqinin köməyi ilə insanların qəlbinə yol tapıram və bu yolda heç bir sərhəddin olmadığını aşkar etmişəm. Musiqim hətta klassik musiqi ilə tanış olmasalar da yanımda olub dinləməyi bacaran hamı üçündür. Mən yalnız Carnegie Hall və Kennedy Center kimi məşhur klassik musiqi zallarında deyil, bir neçəsini sadalayacağım xəstəxana, kilisə, həbsxana və cüzamlı xəstələr üçün ayrılmış məkanlarda da ifalar edirəm.
Now, I use my music to reach people's hearts and have found there are no boundaries. My audience is anyone who is here to listen, even those who are not familiar with classical music. I not only play at the prestigious classical concert halls like Carnegie Hall and Kennedy Center, but also hospitals, churches, prisons, and restricted facilities for leprosy patients, just to mention a few.
Sonuncu ifa edəcəyim parça ilə də sizə klassik musiqinin necə əyləncəli və maraqlı olub, sizi hərəkətə gətirə biləcəyini göstərmək istəyirəm. Sizə "Baroque in Rock" adlı yeni parçamı təqdim etmək istəyirəm. Bu yaxınlarda bu parçam qızıl disk mükafatını da qazanıb. Bu mənim üçün böyük şərəfdir.
Now, with my last piece, I'd like to show you that classical music can be so much fun, exciting, and that it can rock you. Let me introduce you to my brand new project, "Baroque in Rock," which became a golden disc most recently. It's such an honor for me.
Məncə həyatıma xoşbəxt bir musiqiçi olaraq davam edərkən arzuladığımdan da çox tanınıb seçilirəm. İndi isə növbə sizindir. Həyata baxışınızı dəyişmək yalnız sizi deyil bütün dünyanı dəyişəcək. Əlinizdə olan nə varsa onunla həyatınızı ifa edib bütün dünya ilə paylaşın. Sizin, TEDsterlərin dəyişəcəyi dünyanı görmək üçün səbirsizlənirəm. Həyatınızı ifa edin və ifanızla qalın.
I think, while I'm enjoying my life as a happy musician, I'm earning a lot more recognition than I've ever imagined. But it's now your turn. Changing your perspectives will not only transform you but also the whole world. Just play your life with all you have, and share it with the world. I really look forward to witnessing a transforming world by you, TEDsters. Play your life, and stay tuned.
(Musiqi)
(Music)
(Alqışlar)
(Applause)