Xahiş edirəm ki, hər bir kəs özünün ən böyük şəxsi məqsədini düşünsün. Ciddiyəm. Bir saniyə ərzində düşünün. Öyrənmək üçün bunu hiss etməlisiniz. Bir neçə saniyə ərzində özünüzün ən böyük şəxsi məqsədi haqda düşünün, yaxşı? Təsəvvür edin ki, elə bu an haqqında fikirləşdiyiniz məqsədi həyata keçirmək qərarını verirsiniz. Təsəvvür edin ki, bü gün tanış olduğunuz bir insanla bunu edəcəyiniz haqda bölüşürsünüz. Bu insanın sizi təbrik etməsini və sizin haqda olan xoş fikirlərini təsəvvür edin. Bunu ucadan söyləmək yaxşı hiss olunur, elə deyilmi? Siz özünüzü artıq bir addım qabaqda olduğunuz kimi hiss etmirsinizmi? Sanki məqsədiniz şəxsiyyətinizin artıq ayrılmaz bir hissəsidir.
Everyone, please think of your biggest personal goal. For real -- you can take a second. You've got to feel this to learn it. Take a few seconds and think of your personal biggest goal, okay? Imagine deciding right now that you're going to do it. Imagine telling someone that you meet today what you're going to do. Imagine their congratulations, and their high image of you. Doesn't it feel good to say it out loud? Don't you feel one step closer already, like it's already becoming part of your identity?
Bəd xəbər: siz ağzınızı yumulu saxlamalı idiniz. Çünki keçirdiyiniz o xoş hisslər məqsədinizə çatma ehtimalını aşağı saldı. Təkrarən aparılmış psixoloji testlər təsdiq etdi ki, başqaları ilə məqsədiniz haqda paylaşma onun həyata keçməsini çətinləşdirir. Qarşınıza bir məqsəd qoyan zaman ona çatmaqdan ötrü atmalı olduğunuz müəyyən addımlar var. İdeal bir vəziyyətdə, siz bu addımları atmadan qane olmamalısınız. Lakin başqa insanlara məqsədiniz haqda deyəndə və onlar bunu qəbul edəndə psixoloqların "sosial reallıq" adlandırdığı bir proses baş verir. Beyniniz məqsədinizə artıq çatmış kimi yalançı hisslər keçirir. Və bundan sonra da, özünüzdə məqsədə çatmaqdan ötrü tələb olunan işi görmək üçün daha az motivasiya hiss edirsiniz. Beləliklə bu, dostlarımızın məqsədlərimizə çatmaqda bizə kömək etmələri üçün onlarla paylaşmağın vacıb olması haqda adət etdiyimiz ənənə ilə ziddir, elə deyilmi?
Well, bad news: you should have kept your mouth shut, because that good feeling now will make you less likely to do it. The repeated psychology tests have proven that telling someone your goal makes it less likely to happen. Any time you have a goal, there are some steps that need to be done, some work that needs to be done in order to achieve it. Ideally you would not be satisfied until you'd actually done the work. But when you tell someone your goal and they acknowledge it, psychologists have found that it's called a "social reality." The mind is kind of tricked into feeling that it's already done. And then because you've felt that satisfaction, you're less motivated to do the actual hard work necessary. (Laughter) So this goes against conventional wisdom that we should tell our friends our goals, right? So they hold us to it.
Gəlin mövcud olan sübuta baxaq. 1926-ci ildə sosial psixologiyanın banisi Kurt Levin bunu "əvəz etmə" adlandırmışdır. 1933-cü ildə Vera Mahler aşkar etmişdir ki, başqaları tərəfindən qəbul olunmuş bir şey beynimizdə real kimi hiss olunur. 1982-ci ildə Peter Gollvitzer bu haqda hətta bir kitab yazmışdır və 2009-cu ildə o yeni eksperimentlər keçirmiş və onları çap etmişdir.
So, let's look at the proof. 1926: Kurt Lewin, founder of social psychology, called this "substitution." 1933: Wera Mahler found when it was acknowledged by others, it felt real in the mind. 1982, Peter Gollwitzer wrote a whole book about this, and in 2009, he did some new tests that were published.
Eksperiment bundan ibarət idi. 163 insan 4 ayrı-ayrı testdən keçmiş. İştirakçıların hər biri öz şəxsi məqsədini yazılı şəkildə qeyd etmişdir. İştirakçıların yarısı otaqda olan digər insanlara məqsədləri haqda söylədi o biri yarısı isə söyləmədi. Bundan sonra iştirakçıların hamısı onları məqsədlərinə çatdıracaq 45-dəqiqəlik tapşırığı yerinə yetirməli idi. Və onlara deyilmişdir ki, tapşırığın yerinə yetirilməsini istədikləri vaxt dayandıra bilərlər. Nəticələrə əsasən, məqsədləri haqda susmuş iştirakçılar orta hesabla bütün 45 dəqiqə ərzinda çalışmışlar. və sonradan aparılan sorğuda söyləmişdilər ki, məqsədlərinə çatmaqdan ötrü daha çox işləməli olduqlarını hiss etmişdilər. Məqsədləri haqda digərlərinə bildirən şəxslər isə 33 dəqiqə işlədikdən sonra vaz keçdilər və testdən sonraki sorğuda bildirmişdilər ki, məqsədlərinə daha yaxın olmalarını hiss etdilər.
It goes like this: 163 people across four separate tests. Everyone wrote down their personal goal. Then half of them announced their commitment to this goal to the room, and half didn't. Then everyone was given 45 minutes of work that would directly lead them towards their goal, but they were told that they could stop at any time. Now, those who kept their mouths shut worked the entire 45 minutes on average, and when asked afterward, said that they felt that they had a long way to go still to achieve their goal. But those who had announced it quit after only 33 minutes, on average, and when asked afterward, said that they felt much closer to achieving their goal.
Bütün bunlar doğrudursa biz nə edə bilərik? Birincisi, məqsədlərinizi paylaşmaq istəyinizə qalib gələ bilərsiniz. Ətrafdakilarınız tərəfindən qəbul olunmanın gətirdiyi sevinci təxirə sala bilərsiniz. Və beyninizin danışmağı yerinə yetirmək ilə səhv saldığını anlaya bilərsiniz. Lakin siz hər hansı bir şey haqda danışmaq istəyini duyursunuzsa bunu elə bir şəkildə edə bilərsiniz ki, sizə sevinc və qane olma hissini verməsin. Misal üçün deyə bilərsiniz ki: "Mən həqiqətən də bu marafonda iştirak etmək istəyirəm və bunun üçün də həftədə 5 dəfə çalışmalıyam və bunu etməsəm mənə acıqlanın, yaxşı?"
So if this is true, what can we do? Well, you could resist the temptation to announce your goal. You can delay the gratification that the social acknowledgment brings, and you can understand that your mind mistakes the talking for the doing. But if you do need to talk about something, you can state it in a way that gives you no satisfaction, such as, "I really want to run this marathon, so I need to train five times a week and kick my ass if I don't, okay?"
Və beləliklə, auditoriya, gələcəkdə məqsədinizi bölüşmək arzusunda olanda nə deyəcəksiniz? Tamamilə doğrudur! Afərin!
So audience, next time you're tempted to tell someone your goal, what will you say? (Silence)
Exactly! Well done.
(Laughter)
Alqışlar
(Applause)