Craig Venterin incəliklə göstərdiyi kimi, genlərimizi dəyişmənin bir yolu yenilərini yaratmaqdır. Digər yol isə həyat tərzimizi dəyişməkdir. Və biz bu dəyişikliklərin nə qədər güclü və dinamik ola biləcəyini öyrənirik, hətta siz bu dəyişikliklərin təsirini hiss etmək üçün çox gözləməli də olmayacaqsınız. Nə vaxt ki sağlam yeyirsiniz, stressi idarə edirsiniz, idman edirsiniz və daha çox sevirsiniz, sizin beyniniz daha çox qan axını və oksigenlə təmin olunur. Lakin daha vacibi, beyniniz ölçülə biləcək qədər böyüyür. Bir neçə il bundan əvvəl imkansız olaraq düşündüyümüz şeylər artıq ölçülə bilinir. Bu Robin Williams tərəfindən bizdən bir neçə il əvvəl tapılmışdı.
One way to change our genes is to make new ones, as Craig Venter has so elegantly shown. Another is to change our lifestyles. And what we're learning is how powerful and dynamic these changes can be, that you don't have to wait very long to see the benefits. When you eat healthier, manage stress, exercise and love more, your brain actually gets more blood flow and more oxygen. But more than that, your brain gets measurably bigger. Things that were thought impossible just a few years ago can actually be measured now. This was figured out by Robin Williams a few years before the rest of us.
Beləliklə, beyninizin yeni hüceyrələri yaratmağı üçün bir neçə şey edə bilərsiniz. Mənim ən sevdiklərim, şokolad və çay, qaragilə, az miqdarda spirtli içki, stressi idarə etmə və marijuanada tapılan kanabanoidlərdir. Mən yalnız elçiyəm. (Gülüş) Harada qalmışdıq? (Gülüş) Bəzi şeylər isə vəziyyəti daha da pisləşdirə bilər, beyin hüceyrələrinizi itirməyimizə gətirib çıxara bilər. Həmişə eşitdiklərimiz, yağlı piy və şəkər, nikotin, opiatlar, kokain, həddindən artıq spirtli içki və xronik stress.
Now, there's some things that you can do to make your brain grow new brain cells. Some of my favorite things, like chocolate and tea, blueberries, alcohol in moderation, stress management and cannabinoids found in marijuana. I'm just the messenger. (Laughter) What were we just talking about? (Laughter) And other things that can make it worse, that can cause you to lose brain cells. The usual suspects, like saturated fat and sugar, nicotine, opiates, cocaine, too much alcohol and chronic stress.
Siz həyat tərzinizi dəyişəndə sizin dərinizdə qan dövranı artır və siz daha gec qocalırsınız və dəriniz daha az qırışır. Ürəyiniz də daha çox qan dövranı əldə edir. Biz göstərmişik ki siz hətta ürək xəstəliklərini də müalicə edə bilərsiniz. Yuxarıda, solda gördüyünüz bu tutulmuş qan damarları yalnız bir ildən sonra ciddi dərəcədə genişlənir. Və aşağıda, solda kardioloji PET göstərilir, mavi qan dövranının olmadığını göstərir. Bir il sonra - narıncı və ağ maksimum qan dövranıdır. Biz göstərə bilmişik ki bu dəyişiklikləri etməklə siz prostat xərşəngi və döş xərçənginin qarşısını ala və əks istiqamətdə inkişaf əldə edə bilərsiniz. Biz müşahidə etdik ki, labaratoriya şəraitində şişlərin inkişafı bu dəyişiklikləri edən qrupda 70 % etməyən qrupda isə 9 % dayandırılmışdır.
Your skin gets more blood flow when you change your lifestyle, so you age less quickly. Your skin doesn't wrinkle as much. Your heart gets more blood flow. We've shown that you can actually reverse heart disease. That these clogged arteries that you see on the upper left, after only a year become measurably less clogged. And the cardiac PET scan shown on the lower left, the blue means no blood flow. A year later -- orange and white is maximum blood flow. We've shown you may be able to stop and reverse the progression of early prostate cancer and, by extension, breast cancer, simply by making these changes. We've found that tumor growth in vitro was inhibited 70 percent in the group that made these changes, whereas only nine percent in the comparison group.
Bu fərq çox əhəmiyyətli idi. Hətta sizin cinsi orqanlarınızda da qan dövranı artır, və sizin cinsi gücünüz də artır. Siqaret çəkməyə qarşı ən effektiv reklamlardan biri Sağlamıq Xidməti Departamenti tərəfindən göstərilmişdir ki, qan damarlarını sixan nikotin ürək ağrısı və ya ürək döyüntüsünə səbəb olar bilər, amma o həm də impotentliyə gətirib çixara bilər. Siqaret çəkən kişilərin yarısı impotentdir. Bu necə də cazibədardır.
These differences were highly significant. Even your sexual organs get more blood flow, so you increase sexual potency. One of the most effective anti-smoking ads was done by the Department of Health Services, showing that nicotine, which constricts your arteries, can cause a heart attack or a stroke, but it also causes impotence. Half of guys who smoke are impotent. How sexy is that?
Biz bu yaxınlarda yeni bir tədqiqat çap edəcəyik bu tədqiqata əsasən prostat xərçəngində genlərin ifadə olmunmasını dəyişmək mümkündür. Bu hərarət xəritəsi adlanır və sağ tərəfdə olan müxtəlif rənglər müxtəlif genlərdir. Və biz müşahidə etdik ki 500-dən çox gen müsbət olaraq dəyişdi və xəstəliyin qarşısını alan yaxşı genləri işə salaraq xəstəlik yaradan genləri fəaliyyətdən saldı.
Now we're also about to publish a study -- the first study showing you can change gene expression in men with prostate cancer. This is what's called a heat map -- and the different colors -- and along the side, on the right, are different genes. And we found that over 500 genes were favorably changed -- in effect, turning on the good genes, the disease-preventing genes, turning off the disease-promoting genes.
Və düşünürəm ki, bu müşahidələr çox əhəmiyyətlidir bir çox insana yeni ümid və seçimlər təqdim edir. Navigenix, DNA Direct və 23andMe kimi şirkətlər sizə genetik profilinizi verməklə həm də bəzi insanlara bu barədə "Mən bu haqda nəsə edə bilərəm mi?" hissini verir Beləliklə, genlərimiz bizim taleyimiz deyil və əgər bu dəyişiklikləri etsək - onlar meyillilikdir, lakin normalda etdiyimizdən daha böyük dəyişikliklər etsək genlərimizin necə ifadə olunduğunu dəyişə bilərik. Təşəkkürlər. (Alqış)
And so these findings I think are really very powerful, giving many people new hope and new choices. And companies like Navigenics and DNA Direct and 23andMe, that are giving you your genetic profiles, are giving some people a sense of, "Gosh, well, what can I do about it?" Well, our genes are not our fate, and if we make these changes -- they're a predisposition -- but if we make bigger changes than we might have made otherwise, we can actually change how our genes are expressed. Thank you. (Applause)