Qısa bir hekayə ilə başlamaq istərdim. O, düşərgələrinin ətrafında olan qədim metropolisin qalıqlarını izləmək üçün tarixsevər atasının əlindən tutub apardığı bir oğlan haqqındadır. Onlar həmişə bu qədim metropolisin qapılarını qoruyan qanadlı nəhəng öküzə baxmaq üçün oraya baş çəkər və uşaq bu qanadlı öküzdən qorxsa da, ona baxanda daim həyəcanlanardı. Ata bu öküzlərdən istifadə edərək həmin mədəniyyətlər və onların nümunələri barədə oğluna hekayələr danışardı.
I'd like to start with a short story. It's about a little boy whose father was a history buff and who used to take him by the hand to visit the ruins of an ancient metropolis on the outskirts of their camp. They would always stop by to visit these huge winged bulls that used to guard the gates of that ancient metropolis, and the boy used to be scared of these winged bulls, but at the same time they excited him. And the dad used to use those bulls to tell the boy stories about that civilization and their work.
İndi isə gəlin sürətlə bir neçə onilliklər sonra dünyaya ilk 3D lazer skan sistemimi təqdim etdiyim San Fransiskonun körfəz ərazisinə gedək. İcazə verin sizə onun necə işlədiyini göstərim. Qadın Səsi: Uzun məsafəli lazer işıq şüaları göndərərək skan əməliyyatını həyata keçirir. Sistem, işığın səthə toxunub geri qayıtmasını yazaraq şüanın uçuş müddətini ölçür. İki güzgü vasitəsilə skanner x, y və z-in dəqiq koordinantlarını verərək şüanın şaquli və üfüqi bucaqlarını ölçür. Sonradan bu nöqtələr 3D vizual proqramına yazılır. Bütün bunlar saniyələr ərzində baş verir. Ben Kasira: Buradan bu sistemlərin həddindən artıq sürətli olduğunu görə bilərsiniz. Onlar eyni vaxtda milyonlarla nöqtələri yüksək dəqiqlik və keyfiyyətlə toplayırlar. Bir nəfərin ənənəvi sorğu vasitələri ilə bir gün ərzində 500 nöqtə toplaması həddindən artıq çətin olardı. Bu cihazlar isə bir saniyə ərzində təxminən on minə qədər nöqtə toplamağa qadirdilər. Beləliklə, təsəvvür etdiyiniz kimi bu həqiqi fotoçəkmə sənayesində olduğu kimi sorğu və tikili arasında paradiqmanın köçürülməsi idi.
Let's fast-forward to the San Francisco Bay Area many decades later, where I started a technology company that brought the world its first 3D laser scanning system. Let me show you how it works. Female Voice: Long range laser scanning by sending out a pulse that's a laser beam of light. The system measures the beam's time of flight, recording the time it takes for the light to hit a surface and make its return. With two mirrors, the scanner calculates the beam's horizontal and vertical angles, giving accurate x, y, and z coordinates. The point is then recorded into a 3D visualization program. All of this happens in seconds. Ben Kacyra: You can see here, these systems are extremely fast. They collect millions of points at a time with very high accuracy and very high resolution. A surveyor with traditional survey tools would be hard-pressed to produce maybe 500 points in a whole day. These babies would be producing something like ten thousand points a second. So, as you can imagine, this was a paradigm shift in the survey and construction as well as in reality capture industry.
Təxminən, 10 il əvvəl həyat yoldaşımla xeyriyyə fondu yaratdıq və həmin vaxt Əfqanıstanda yerləşən və 180 fut hündürlüyündə olan Bamiyan Buddaları Taliban tərəfindən dağıdıldı. Onlar bir anda yox oldular. Təəssüflər olsun ki, bu Buddalar haqda heç bir sənəd qalmadı. Bu məni tamamilə məhv etdi, köhnə dostlarım olan qanadlı öküzlərin və dünyadakı başqa tarixi mirasların taleyini düşünməkdən başqa əlimdən heç nə gəlmirdi. Arvadımla mən bundan o qədər kədərlənmişdik ki, dünyadakı tarixi mədəniyyətlərin rəqəmsal mirasını qoruyaraq fondumuzun missiyasını genişləndirmək qərarına gəldik. Layihəmizi CyArk adlandırdıq, mənası Siber Arxiv deməkdir.
Approximately ten years ago, my wife and I started a foundation to do good, and right about that time, the magnificent Bamiyan Buddhas, hundred and eighty foot tall in Afghanistan, were blown up by the Taliban. They were gone in an instant. And unfortunately, there was no detailed documentation of these Buddhas. This clearly devastated me, and I couldn't help but wonder about the fate of my old friends, the winged bulls, and the fate of the many, many heritage sites all over the world. Both my wife and I were so touched by this that we decided to expand the mission of our foundation to include digital heritage preservation of world sites. We called the project CyArk, which stands for Cyber Archive.
Global həmkar şəbəkəmizin köməyi ilə 50-ə yaxın layihə toplamışıq. İcazə verin, bir neçəsini sizə göstərim: Çiçen İtza, Rapa Nui -- burda gördükləriniz isə bulud nöqtələridir -- Babil, Roslin kilsəsi, Pompey və son ən çətin layihələrimizdən biri olan Raşmor dağı. Gördüyünüz kimi skaneri yaxınlaşdırmaq və fərdiləşdirmək üçün xüsusi qurğular hazırlamaq məcburiyyətində idik. Sahədəki işimizin nəticələri media və təqdimatlar formasında kolleksioner və tədqiqatçılar tərəfindən istifadə olunur. Biz həmçinin CyArk internet saytı vasitəsilə ictimaiyyət üçün yayınlar edirik. Bunlar təhsil, mədəni turizm və s. üçün istifadə oluna bilərlər.
To date, with the help of a global network of partners, we've completed close to fifty projects. Let me show you some of them: Chichen Itza, Rapa Nui -- and what you're seeing here are the cloud of points -- Babylon, Rosslyn Chapel, Pompeii, and our latest project, Mt. Rushmore, which happened to be one of our most challenging projects. As you see here, we had to develop a special rig to bring the scanner up close and personal. The results of our work in the field are used to produce media and deliverables to be used by conservators and researchers. We also produce media for dissemination to the public -- free through the CyArk website. These would be used for education, cultural tourism, etc.
Hal-hazırda siz qarşınızda tərəfimizdən hazırlanan, həqiqi zamanda nöqtələr buludunu hissələrə ayıran və aralarındakı boşluqları kənarlaşdıraraq nümayiş və dəyişiklik edilməsinə imkan verən 3D oxuyucunu görürsünüz. Bu Tikal üçün olan nöqtələr bulududur. Burada siz qorunma üçün istifadə olunan ənənəvi 2D memari mühəndislik təsvirlərini görürsünüz və əlbəttə, biz uçuş xətləri vasitəsilə hekayələr danışırıq. Bu da uçuş xəttidir, Tikalın nöqtələr buludu, burada siz bizim onun formaya salnımış və ərazidə çəkdiyimiz foto əsasında hazırladığımız görünüşünü görürsünüz. Və bu video deyil. Bu 2-3 millimetr dəqiqliklə çəkilən 3D nöqtələrdir. Əlbəttə ki, bu məlumatlar əsasında daha dəqiq və bütün detalları özündə əks etdirən 3D modellər hazırlamaq olar. Burada siz Sterlinq qalasının nöqtələr buludundan hazırlanmış modeli görürsünüz. Bundan təhsillə yanaşı müəyyən tədqiqatlarda və vizuallaşdırmalarda istifadə olunub.
What you're looking at in here is a 3D viewer that we developed that would allow the display and manipulation of [the] cloud of points in real time, cutting sections through them and extracting dimensions. This happens to be the cloud of points for Tikal. In here you see a traditional 2D architectural engineering drawing that's used for preservation, and of course we tell the stories through fly-throughs. And here, this is a fly-through the cloud of points of Tikal, and here you see it rendered and photo-textured with the photography that we take of the site. And so this is not a video. This is actual 3D points with two to three millimeter accuracy. And of course the data can be used to develop 3D models that are very accurate and very detailed. And here you're looking at a model that's extracted from the cloud of points for Stirling Castle. It's used for studies, for visualization, as well as for education.
Son olaraq, biz virtual alətləri özündə əks etdirən mobil proqramlar hazırladıq. Miras əraziləri ilə daha çox maraqlandıqca, bu əraziləri və onların hekayələrini fiziki cəhətdən qorumaq əvəzinə onları itirdiyimizi daha aydın anladım. Əlbəttə ki, bunda zəlzələlər və digər təbii fəlakətlər -- daşqınlar, tornadolar və s. -- də öz rollarını oynayırlar. Hər halda, mənə aydın oldu ki, insanlar tərəfindən törədilənlər bu mirasların əhəmiyyətli hissələrini dağıtmasa da, onların dağılmalarını sürətləndirir. Bu törədilənlərə qəsdli yanğınlar, şəhərlərin genişlənməsi, turşu yağışları daxildir, terrorizm və müharibələri xatırlatmıram belə. Getdikcə daha da aydın olurdu ki, biz uduzacağımız müharibədə vururşuruq. Ərazilərimizi və hekayələrimizi itiririk və ən əsası, kollektiv yaddaşımızın bir hissəsini -- əhəmiyyətli bir hissəsini - itiririk. Özümüzü mənşəyinin haradan gəldiyini bilməyən insan irqi kimi təsəvvür edək.
And finally, we produce mobile apps that include narrated virtual tools. The more I got involved in the heritage field, the more it became clear to me that we are losing the sites and the stories faster than we can physically preserve them. Of course, earthquakes and all the natural phenomena -- floods, tornadoes, etc. -- take their toll. However, what occurred to me was human-caused destruction, which was not only causing a significant portion of the destruction, but actually it was accelerating. This includes arson, urban sprawl, acid rain, not to mention terrorism and wars. It was getting more and more apparent that we're fighting a losing battle. We're losing our sites and the stories, and basically we're losing a piece -- and a significant piece -- of our collective memory. Imagine us as a human race not knowing where we came from.
Xoşbəxtlikdən, son 2 və ya 3 onillik ərzində bizə rəqəmsal qoruq qurmaqda istifadə etdiyimiz alətlər hazırlamağımıza yardımçı olan rəqəmsal texnologiyaların inkişafı rəqəmsal mühafizə müharibəmizdə bizə çox kömək edir. Məsələn, buraya 3D lazer skan sistemləri, daha güclü şəxsi komputerlər, 3D grafiklər, yüksək dəqiqlikli rəqəmsal fotolar daxildir, interneti heç xatırlatmıram. Uzanmaqda davam edən bu dağıdıcı cığır səbəbindən anladıq ki, həmkarlarımızla bərabər bu işlərimizi sürətləndirməyə ehtiyacımız var. Və CyArk 500 Challenge adlandırdığımız yeni bir layihə hazırladıq -- 5 il ərzində 500 ədəd Dünya Mirasınının rəqəmsal qoruğunu yaratmaq.
Luckily, in the last two or three decades, digital technologies have been developing that have helped us to develop tools that we've brought to bear in the digital preservation, in our digital preservation war. This includes, for example, the 3D laser scanning systems, ever more powerful personal computers, 3D graphics, high-definition digital photography, not to mention the Internet. Because of this accelerated pace of destruction, it became clear to us that we needed to challenge ourselves and our partners to accelerate our work. And we created a project we call the CyArk 500 Challenge -- and that is to digitally preserve 500 World Heritage Sites in five years.
Bizim geniş miqyasda texnologiyamız var və global həmkar şəbəkəmiz daim genişlənir və sayımız qısa vaxtda daha da çoxala bilər, odur ki, bu məqsədimizi vaxtında həyata keçirəcəyimizə əminik. Hər halda, mənim üçün 500 ilk 500 deməkdir. İşimizi gələcəkdə də davam etdirmək üçün yerli universitet və kolleclərlə əməkdaşlıq edərək texnologiyalarımızı onlara verib texnoloji mərkəzlərdən istifadə edirik, belə yerlərdə onlar da bizə öz ərazilərindəki mirasların rəqəmsal qoruğunu yaratmaqda kömək edirlər, eyni zamanda, bu onlara bizim texnologiyamızdan gələcəkdə də istifadə etmək üstünlüyü verir.
We do have the technology that's scaleable, and our network of global partners has been expanding and can be expanded at a rapid rate, so we're comfortable that this task can be accomplished. However, to me, the 500 is really just the first 500. In order to sustain our work into the future, we use technology centers where we partner with local universities and colleges to take the technology to them, whereby they then can help us with digital preservation of their heritage sites, and at the same time, it gives them the technology to benefit from in the future.
Daha bir hekayə ilə nitqimi bitirmək istərdim. İki il əvvəl həmkərlarımız önəmli miraslardan birinin - UNESCO-nun Uqandadakı mirası Kasubi Kral Sərdabələrinin rəqəmsal qoruğunu hazırlamaq üçün bizə yaxınlaşdılar. Ərazidə işimiz uğurla bitdi, məlumatları arxivləşdirdik və CyArk saytı vasitəsilə ictimaiyyətə bildirdik. Keçən Mart ayında çox kədərli bir xəbər aldıq. Kral Sərdabələri qəsdən törədildiyi güman edilən yanğın tərəfindən dağıdılıb. Bir neçə gün sonra bir zəng gəldi: "Məlumatları əldə etmək və rekonstruksiyada istifadə etmək mümkündürmü?" Bizim cavabımız, əlbəttə ki, mümkündür idi.
Let me close with another short story. Two years ago, we were approached by a partner of ours to digitally preserve an important heritage site, a UNESCO heritage site in Uganda, the Royal Kasubi Tombs. The work was done successfully in the field, and the data was archived and publicly disseminated through the CyArk website. Last March, we received very sad news. The Royal Tombs had been destroyed by suspected arson. A few days later, we received a call: "Is the data available and can it be used for reconstruction?" Our answer, of course, was yes.
İcazə verin son fikrimi deyərək sizi tərk edim. Bizim mirasımız ümumi yaddaşımızdan daha artıqdır -- o bizim ümumi xəzinəmizdir. Biz bunu övladlarımıza, nəvələrimizə və görməyəcəyimiz gələcək nəsillərə borcluyuq, onları qorumalı və irəliyə ötürməliyik. Sağ olun.
Let me leave you with a final thought. Our heritage is much more than our collective memory -- it's our collective treasure. We owe it to our children, our grandchildren and the generations we will never meet to keep it safe and to pass it along. Thank you.
(Alqışlar) Sağ olun.
(Applause) Thank you.
Sağ olun.
Thank you.
Sağ olun.
Thank you.
Mən hələ də burada dayanmışam çünki istəyirik sizə texnologiyanın gücünü göstərək, beləliklə, danışdığım müddət ərzində siz skan olunurdunuz. (Gülüş) Pərdə arxasında olan iki sehirbazım nəticələri ekrana gətirmək üçün mənə kömək edəcəklər. (Alqışlar)
Well, I'm staying here because we wanted to demonstrate to you the power of this technology and so, while I've been speaking, you have been scanned. (Laughter) The two wizards that I have that are behind the curtain will help me bring the results on the screen. (Applause)
Bütün bunlar 3D-dədir və əlbəttə ki, siz nöqtə buludları arasında uça bilərsiniz. Buraya yuxarıdan, tavandan baxa bilərsiniz. Müxtəlif mümkün bucaqlardan baxa bilərsiniz, amma Dougdan xahiş edəcəm ki, sadəcə əldə etdiyimiz dəqiqliyi ölçmək üçün görüntünü burada toplananlardan birinin üzərinə yaxınlaşdırsın. Beləliklə, siz bir neçə dəqiqə ərzində rəqəmsal qorunmada oldunuz. (Gülüş)
This is all in 3D and of course you can fly through the cloud of points. You can look at it from on top, from the ceiling. You can look from different vantage points, but I'm going to ask Doug to zoom in on an individual in the crowd, just to show the amount of detail that we can create. So you have been digitally preserved in about four minutes. (Laughter)
Burada olan sehrbazlarıma təşəkkür etmək istəyirəm. Bu işdə bizə kömək etmək üçün iki həmkarımızın burada olmasına çox şadıq: Tarixi Şotlandiya Agentliyi və Qlazqo İncəsənət Məktəbi. Şəxsən, Tarixi Şotlandiya Agentliyində Qorunma üzrə Direktor David Mitchellə əvəzolunmaz səylərinə görə minnətdaram. David. (Alqışlar) Və Qlazqo İncəsənət Məktəbinin Vizuallaşdırma bölməsinin Direktoru Doug Pritchard. Gəlin onları alqışlayaq.
I'd like to thank the wizards here. We were very lucky to have two of our partners participate in this: the Historic Scotland, and the Glasgow School of Art. I'd like to also thank personally the efforts of David Mitchell, who is the Director of Conservation at Historic Scotland. David. (Applause) And Doug Pritchard, who's the Head of Visualization at the Glasgow School of Art. Let's give them a hand.
(Alqışlar)
(Applause)
Sağ olun.
Thank you.