Təkamül haqqında uydurmalar və yanlış təsəvvürlər. Gəlin təkamül haqqında danışaq. Yəqin siz eşitmisiniz ki, bəzi insanlar onu mübahisəli hesab edirlər, baxmayaraq ki, alimlərin çoxu belə düşünmürlər. Amma hətta siz o insanlardan biri deyilsinizsə və təkamülü kifayət qədər yaxşı başa düşdüyünüzü fikirləşirsinizsə, çox güman ki, hələ də onun haqqında bəzi tamamilə doğru olmayan şeylərə inanırsınız, məsələn, "Təkamül orqanizmlərin ətraf mühitə uyğunlaşmasıdır." Bu, əvvəlki, artıq köhnəlmiş təkamül nəzəriyyəsi idi. Darvin öz kitabını nəşr etdirməzdən təxminən 60 il əvvəl Jan-Batist Lamark güman etmişdi ki, canlılar müəyyən əlamətləri həyatları boyunca inkişaf etdirərək və sonra növbəti nəsillərə ötürərək təkamül edirlər. Məsələn, o düşünürdü ki, zürafələr daha hündür budaqlardakı yarpaqlara çatmaq üçün boyunlarını uzatmaqla həyatlarını keçirdikləri üçün onların balaları daha uzun boyunlu olacaqlar. Amma biz indi bilirik ki, genetik irsiyyət bu cür işləmir. Əslində, fərdi orqanizmlər ümumiyyətlə təkamül etmirlər. Bunun əvəzində, təsadüfi genetik mutasiyalar bəzi zürafələrin daha uzun boyunlu olmasına səbəb olur və həmin zürafələrə onlar qədər uğurlu olmayan digərləri ilə müqayisədə sağ qala bilmək üçün fürsət verir. Bu da bizi belə bir prinsipə gətirir: "ən güclü olanın sağ qalması". Belə çıxır ki, guya təkamül ən böyük, ən güclü və ya ən sürətli canlılara lütf edir, amma bu belə deyil. Əvvəla, təkamül üçün güclülük onların məhz cari ətraf mühitlərinə nə qədər uyğun olmalarıdır. Əgər bütün hündür ağaclar qəfildən məhv olsaydı və yalnız qısa otlar qalsaydı, onda həmin uzun boyunlu zürafələr əlverişsiz şəraitə düşərdilər. İkincisi, təkamül sağ qalmaq ilə deyil, çoxalma ilə baş verir. Dünya erkək dəniz şeytanları kimi elə canlılarla doludur ki, onlar doğulduqda çox balaca və sağ qalmaq üçün zəif olurlar və ölməzdən əvvəl cəld olaraq özlərinə tay tapmalıdırlar. Heç olmazsa deyə bilərik ki, əgər orqanizm çoxalmadan ölürsə, onda təkamül üçün lazımsızdır, elədirmi? Səhvdir! Yadda saxlayın, təbii seçmə orqanizm səviyyəsində deyil, genetik səviyyədə baş verir və bir orqanizmdə mövcud olan gen onun qohumlarında da olur. Beləliklə, bir heyvanı bacı və qardaşlarının sağ qalmasına və gələcəkdə çoxalmasına kömək üçün özünü təmənnasız olaraq qurban verməyə məcbur edən gen daha çox yayıla bilər, bircə özünü qorumaqda maraqlı olan gen isə yox. Geninin daha çox nüsxəsinin növbəti nəsillərə keçməsinə imkan verən hər bir şey öz məqsədinə xidmət edir, təkamülün məqsədinə yox. Təkamül ilə bağlı nəzərə alınmalı ən çətin şeylərdən biri budur ki, biz "Genlər özlərinin daha çox nüsxəsini yaratmaq istəyirlər" və ya hətta "təbii seçmə" deyəndə metaforadan istifadə edirik. Gen heç bir şey istəmir və hansı genlərin saxlamaq üçün ən yaxşı olduğunu seçən hər hansı bir xarici mexanizm yoxdur. Baş verən yalnız ondan ibarətdir ki, təsadüfi genetik mutasiyalar onları daşıyan orqanizmləri müxtəlif cür davranmağa və inkişaf etməyə məcbur edir. Bunların bəzilərinin nəticəsində mutasiyaya məruz qalmış genin daha çox nüsxəsi növbəti nəslə ötürülür və sairə və ilaxır. İdeal formaya doğru irəliləyən və əvvəlcədən müəyyən edilmiş hər hansı bir plan da yoxdur. Optik sinirin tor qişadan çıxdığı yerdə kor ləkənin olması insan gözü üçün ideal deyil, amma o, sadə fotoqəbuledici hüceyrədən başlayaraq məhz belə inkişaf etmişdir. Keçmişə nəzər yetirsək, insanlar üçün daha münasib olardı ki, onların orqanizmi sadəcə kalorilər əvəzinə qida maddələri və vitaminləri istəsin. Amma əcdadlarımızın təkamül etdiyi
Myths and misconceptions about evolution. Let's talk about evolution. You've probably heard that some people consider it controversial, even though most scientists don't. But even if you aren't one of those people and you think you have a pretty good understanding of evolution, chances are you still believe some things about it that aren't entirely right, things like, "Evolution is organisms adapting to their environment." This was an earlier, now discredited, theory of evolution. Almost 60 years before Darwin published his book, Jean-Baptiste Lamarck proposed that creatures evolve by developing certain traits over their lifetimes and then passing those on to their offspring. For example, he thought that because giraffes spent their lives stretching to reach leaves on higher branches, their children would be born with longer necks. But we know now that's not how genetic inheritance works. In fact, individual organisms don't evolve at all. Instead, random genetic mutations cause some giraffes to be born with longer necks, and that gives them a better chance to survive than the ones who weren't so lucky, which brings us to "survival of the fittest". This makes it sound like evolution always favors the biggest, strongest, or fastest creatures, which is not really the case. For one thing, evolutionary fitness is just a matter of how well-suited they are to their current environment. If all the tall trees suddenly died out and only short grass was left, all those long-necked giraffes would be at a disadvantage. Secondly, survival is not how evolution occurs, reproduction is. And the world if full of creatures like the male anglerfish, which is so small and ill-suited for survival at birth that it has to quickly find a mate before it dies. But at least we can say that if an organism dies without reproducing, it's evolutionarily useless, right? Wrong! Remember, natural selection happens not at the organism level, but at the genetic level, and the same gene that exists in one organism will also exist in its relatives. So, a gene that makes an animal altruistically sacrifice itself to help the survival and future reproduction of its siblings or cousins, can become more widespread than one that is solely concerned with self-preservation. Anything that lets more copies of the gene pass on to the next generation will serve its purpose, except evolutionary purpose. One of the most difficult things to keep in mind about evolution is that when we say things like, "Genes want to make more copies of themselves," or even, "natural selection," we're actually using metaphors. A gene doesn't want anything, and there's no outside mechanism that selects which genes are best to preserve. All that happens is that random genetic mutations cause the organisms carrying them to behave or develop in different ways. Some of those ways result in more copies of the mutated gene being passed on, and so forth. Nor is there any predetermined plan progressing towards an ideal form. It's not ideal for the human eye to have a blind spot where the optic nerve exits the retina, but that's how it developed, starting from a simple photoreceptor cell. In retrospect, it would have been much more advantageous for humans to crave nutrients and vitamins rather than just calories. But over the millenia,
minilliklər boyunca kalorilər çox az tapılırdı və qabaqcadan görmək mümkün deyildi ki, bu vəziyyət belə tez dəyişəcək. Beləliklə, təkamül kor-koranə şəkildə, addım, daha bir addım və daha bir addım ataraq təbiətdə gördüyümüz bütün bu müxtəlifliyi yaradır.
during which our ancestors evolved, calories were scarce, and there was nothing to anticipate that this would later change so quickly. So, evolution proceeds blindly, step by step by step, creating all of the diversity we see in the natural world.